Sual paylaşanda aşağıda yazdığımız tag-ların alqoritmi necədir?

Salam.Sual paylaşanda aşağıda taglar yazırıq.Daha sonra hansısa sualı axtaranda mənim yazdığım taglara görə mənim sualımın həmin axtarışa uyğun olub olmadığı müəyyən olunur. özümə görə hansısa alqoritmnən yaza bilərəm sadəcə beynəlxalq standart necədir? Mənim alqoritmim belədir.məsələn şəkil paylaşıram.Picture tablesində tagid olur.Bir də tag_table var. daxil edilən tag yeni tagdırsa tag_tablesinə daxil edilir əks halda həmin table-da olan tag_id picture tablesinin tag_id-sinə düşür

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Cabbarov Sübhan (2014-05-02 09:01:57)
Ola bilsin bundanda optimal variant var. Ancaq bu variant daha yaxşıdır. Standartları yaradan elə bizlərik. burda biraz problem(sürrət azala bilər) sql-də axtarışın string tiplə edilməsidir. Başqa heç nə yoxdur

Sərxan (2014-05-01 10:39:02)
Salam.siz dediyiniz üsul şəkildəki kimidir? Bu halda sql-i bir başa stringlə yazmalı olacam? select * from şəkillər where tag_name = "təbiət"; bu cür baza dizaynı standartdan qırağa çıxır axı.məncə

E. Hacı (2014-04-29 15:04:34)
WordPress mysql meta table-larına baxıb tag üçün olan ən optimal strukturu oradan götürə bilərsiniz. Düzdür sadə struktur deyil, bir neçə table-da paylanıb (obyektlərlər relation ayrı table-dır, definition ayrı və.s.), amma hər halda optimalı odur

Cabbarov Sübhan (2014-04-28 17:26:52)
Bunun üçün standart yoxdur. Ancaq siz dediyiniz üsul biraz uzundu və saytın gec işləməsinə səbəb ola bilər. Həm də tag bir dənə olmur axı bir neçə dənə olduğu üçün siz dediyiniz üsulla etsək gərək bütün əlavə edilən taglar yoxlanıla sonra json data kimi bazada saxlanıla və bun təkrar emalı isə yenə uzun olur. İstifadə edilən tagların siyahısı vacib deyilsə, sadəcə tagları birbaşa cədvələdə həmin mövzuya yerləşdirin. Özünüz onsuzda biləcəksiniz hansı tag daha çox işdəniz və sair. Əgər lazım olar yenə də bu formadan tag siyahıları alına bilinər.