Salamlar. Xayiş edirəm hərə aşağdakı suallara görə öz fikrini bildirsin :
1) Ən keyfiyyətli Micro Card Haranındır ? Yəni hansı ölkənin ?
2) Micro Cardın üstündə yumrunun içində rəqəmlər var (4,6,10) Bunlar nəyi bildirir ? Nə olan şeydi ?
3) Ən keyfiyyətli Micro Card Hansı firmanındır ?
4) Dünyada ən çox yaddaşı olan Micro Card neçə GB-dır ?
5) Ən çox yaddaşı olan Micro Card hansı saytda satılırsa onun linkini atsın şəklinə baxım
6) Əlavə sual : Ebayda oLan mallar hamısı təzədir ? Yəni iştənmişi yoxdur ? Birdə Ebayda mallar Bakıdadır yoxsa Xarici ölkədən gətirillər ?
Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)
3
Salam.
1) Şəxsən öz fikrimə əsaslanaraq deyə bilərəm ki, bu sualınızın cavabı böyük ehtimalla ABŞ ola bilər.
2) Yumrunun içindəki rəqəmlər yazılma sürətini göstərir, yəni əgər yumrunun içində 6 yazılıbsa, bu o deməkdir ki, məlumatın karta yazılma sürəti 6 MB/s az deyil. Ancaq “geydirmə” şirkətlərin məhsullarında bu rəqəm yazılanla üst-üstə düşməyə bilər. 2, 4, 6, 10, 12 rəqəmlərindən başqa UHS-I və UHS-II yazılarını da görə bilərsiniz. UHS-I sinfinin sürəti 50, UHS-II sinfinin sürəti isə 156 MB/s-dan az deyil.
3) Zənnimcə, ən keyfiyyətli və özünü doğruldan kartlar tanış olduğum bəzi test məqalələrinə görə SanDisk şirkətinin buraxdığı kartlardır.
4) Bəlkə də yalan deyirəm, ancaq səhv etmirəmsə (səhv edirəmsə, digər istifadəçilər ümid edirəm ki, daha ətraflı və dəqiq cavab verər), 128GB olmalıdır. Bu sualı niyə soruşursunuz bilmirəm, amma məsləhət üçün qeyd edim ki, həddindən artıq böyük həcmli kartı istənilən cihaza (telefon, fotoaparat və s.) qoymaq məsləhət deyil, bu cihazın məhsuldarlığına və FİƏ-nə təsir edə bilər (bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm). Tutaq ki, 128GB kartı S3 modelinə qoysanız, istər-istəməz S3 modelinin sürətinə və FİƏ-nə mənfi mənada təsir edəcək, halbuki, həmin modelə 32GB yerləşdirsəniz, 128GBdan qat-qat sürətli işləyə bilər. Bəziləriniz bu fikirlə razılaşmayacaq, lakin inan ki, mən bunu test etdiyimdən bu qənaətdəyəm.
5) Google bu barədə yardımçınız ola bilər.
6) Məhsul haqqında ebayda Condition bölməsində yazılır, işlənmiş də ola bilər, təzə də… Malların haradan gətirildiyi haqqında da həmçinin…
0
2) Yumrunun icinde en cox nece yazila biler ? Birde ola bilerki 10 yazilsin amma eslinde 10 deyil sureti ? belle hallar olur ?
0
Çevrənin içində ən çox 12 görmüşəm, Class 12 yəni… Ancaq çevrədən də üstün rəqəmlər var, məsələn, Class 12 o deməkdir ki, karta məlumatın yazılma sürəti 12 MB/s-dan az deyil, lakin UHS-I və UHS-II yazılarını da görə bilərsiniz. UHS-I sinfinin sürəti 50, UHS-II sinfinin sürəti isə 156 MB/s-dan az deyil.
Ola bilər 10 yazılsın, ancaq sürət 10dan az olsun, bu mümkündür. Amma tanınmış şirkətlərin kartlarını əldə etsəniz, bu halla qarşılaşma ehtimalınız az olacaq, yox əgər geydirmə Çin malı kartlar alsanız lap üstünə 23954 yazılsa da, bu reallığı əks etdirməyəcək, çünki, adı üstündə Çin malı…
Aldanmamaq istəyirsinizsə, SanDisk şirkətinin kartlarını məsləhət görürəm, İnternetdə, eləcə də, rus saytlarının əksəriyyətində keçirilən testlər zamanı elə olub ki, Class 4 kartların məlumatı yazma sürəti 15 MB/s yuxarı olub.
0
4) 128GB Karti telefona daxil etsen telefon xarab olarki ? FİƏ nedirki ?
0
Mən 128GB kart daxil etsən, telefon xarab olacaq deyə bir şey yazmamışam axı 🙂 Əlbəttə xarab olmayacaq, işləyəcək mütləq, amma bir böyük ƏMMA var da 😉 Həmin əmmanı da ki, Ruslan qardaşımız aşağıda qeyd edib…
0
En keyfiyyetli ABS-dirsa indi ABS yoxdur bakida. ABS-dan basqa haranin yaxsidir ? (MADE IN ?)
1
128GB Karti telefona daxil etsen telefon xarab olarki ? FİƏ nedirki ? .. yox xarab olmur.. sadece apparatin suretine onun real gostericilerini hiss etmeye maneə yarada biler.
FİƏ – Faydalı iş əmsalı demkdir.
0
hər telefon 128 gb micro kart desteklemir.
0
ABS-dan olan kart indi bakida yoxdur. ABS-dan basqa hansi olkenin karti keyfiyyetlidir ? Yani MADE IN ?
Sual verin
Cavab verin