milli sosial şəbəkə yaratmaq

salam. azerbaycanda facebook kimi bir sosial sebeke yaratmaq necə bir ideaidir ?sizcə uğurlu alına bilər? 10 000 aznlik bir büdcə bes edərmi başlanğıc üçün? qeyd edim ki 20 nəfər bir yerdə açmaq istəyirik )


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(11:43, 13/05/2014 ) #41035

Salam. Çox pis ideyadır. Sosial şəbəkə artıq reallaşmış və doymuş bir tələbatdır. Və ən əsası siz kiçik büdcə ilə çoxmilyardlı və milyondan çox yerli üzvü olan facebooka qarşı qoyacağınız inqilabi nəyəsə məncə malik deyilsiniz, çünki bum dövründən artıq 5 ilə yaxın vaxt keçib, nə ağla gəlibsə bu beş ildə gəlib.
Əgər belə bir birlik və kiçik də olsa büdcəniz varsa, bu əladır, sosial şəbəkə əvəzinə daha maraqlı, yenilikçi bir şey etmək olar. Bir az araşdırma aparsaz, istifadəçi tələblərini tədqiq etsəz, məncə yeni bir məhsul çıxarda bilərsiz ortaya, ünsiyyət sistemi də ola bilər, amma sosial şəbəkə tipind yox, bundan qaçmaq lazım.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:03, 13/05/2014 ) #41038

Bunu əvvəlcədən demək olmazki uğurlu olacaq yoxsa yox siz saytda elə yeniıik edə bilərsiniz ki çox istifadəçi yığarsınız amma uğursuz olma ehtimalıda çoxdu

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:20, 13/05/2014 ) #41040

    Əvvəlcədən demək olar. Avantüra ilə iddia etmək tam başqa şeylərdir

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:41, 13/05/2014 ) #41045

Əvvəlcədən ehtimal edə bilərsiniz deyə bilmərsiniz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:44, 13/05/2014 ) #41046

Bu ideanı Mark.Z iller evvel reallaşdırıb.
Ve bu yeniliyi milyonlarla insan görüb ve istifade edir.
Artıq sizinki kopya sayılar.
Ve büdceden asılı olmayaraq uğur olacaqdır layihe.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:11, 13/05/2014 ) #41048

Səhv eləmirəmsə belə bir sayt var Azəebaycanda.
park.az

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:23, 13/05/2014 ) #41055

    park.az artıq endirimlər saytı kimi fəaliyyət göstərir, yəni tam dəyişdi tipini, çünki sosial şəbəkə kimi mənası yox idi xərc çəkməyin.
    başqa azı 20-30 sayt olub yerli sosial şəbəkə, hamsı da ya bağlanıb, ya da ölü saytdır (yerliaz yallıaz sirraz hemsinifaz mydayaz dreamaz, forgenc və.s. )
    bu tip layihəyə girişməyə qədim dillə desək Sizif əməyi deyillər. Sizif məşhur əfsanə qəhrəmanıdır, yuvarlaq daşı min bir zülmlə dağın zirvəsinə çıxarır, axırda da daş diyirlənir aşağı, hər dəfə elə. Yəni sonu bilinən mənasız əmək

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:55, 13/05/2014 ) #41051

İlk əvvəl sizi həvəsdən salmaq istəmirəm. Hər kəsin öz – bəzən ideoloji – fikirləri olur və əgər belə bir şey reallaşdırmaq istəyirsinizsə Uğurlar!
Azərbaycanda çatından tutmuş sosial şəbəkələrə kimi hər bir sayt var – yetərincə.
Master, satış, hosting-domain shop saytları da var.
Siz əgər, indi, 10.000 Azn`lik büdcəyə malik olan veb-səhiə açmaq istəyirsinizsə və gələcəkdə 50.000 AZN`i ötüb keçən bir fonda sahib olmağı düşünürsünüzsə “sosial şəbəkə açıram” – sözlərindən əlinizi üzün. Və daha xeyirli saytlar düşünün, plagiat etməyin, əgər idea ilə bağlı probleminiz olsa hazıram, müraciət edin, Azərbaycanın internet bazası, yalnız, BİRLİK`lə irəli gedəcək!: [email protected]

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:08, 13/05/2014 ) #41052

Yox niyə 500.000 likdə fonda sahib olmaq olar amma ehtimal çooox azdı qiyməti çox böyük olan saytlarda yaradılanda onları yaradanlar yəqin düşünmürdülərdiki saytları nə vaxtsa çox böyük olacaq amma əgər əlinizdə 10.000 pul varsa o pulu belə şeyə qoymaq çox risklidi bir anda o pul bata bilər 10.000 az deyiıki siz ən yaxşısı hələki gəliri az olsada uğurlu olma ehtimalı çox olan layihələrə girişin pul çox olanda risk edib sosial sebeke aca bilersiniz lap onda batsada sizə çox təsir etməz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:22, 13/05/2014 ) #41063

facebook aadi sayt kimi niye baxirsiz?
Bu sayt markin beyin mehsulu deyil,, 1 nece neferin ideasi idi.. Bunu lazim olan qurunlar oz siyasetlerini yeritmek uchun gozel bir vasite oldugunu anladilar ve onu ozlerine lazim olacaq dereceye qeder meshur elediler ve ondan da lazimi qeder istifade edirler…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:22, 13/05/2014 ) #41090

menim fikrimce bu alinmaz yeeni insanlar artiq facebook odnoklasnik twitter vkontakt ve plus google kimi saytlarda vaxt kecirirler mobil istifadeciler ise catlarda.yerli sosial sebekeye heckes maraq gostermez.bu idea azerbaycanda samsung adli telefon buraxmaga benzeyecek

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (6 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024