milli sosial şəbəkə yaratmaq

salam. azerbaycanda facebook kimi bir sosial sebeke yaratmaq necə bir ideaidir ?sizcə uğurlu alına bilər? 10 000 aznlik bir büdcə bes edərmi başlanğıc üçün? qeyd edim ki 20 nəfər bir yerdə açmaq istəyirik )

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

ReMu (2014-05-13 23:22:41)
menim fikrimce bu alinmaz yeeni insanlar artiq facebook odnoklasnik twitter vkontakt ve plus google kimi saytlarda vaxt kecirirler mobil istifadeciler ise catlarda.yerli sosial sebekeye heckes maraq gostermez.bu idea azerbaycanda samsung adli telefon buraxmaga benzeyecek

Ruslan Butdayev (2014-05-13 21:22:56)
facebook aadi sayt kimi niye baxirsiz? Bu sayt markin beyin mehsulu deyil,, 1 nece neferin ideasi idi.. Bunu lazim olan qurunlar oz siyasetlerini yeritmek uchun gozel bir vasite oldugunu anladilar ve onu ozlerine lazim olacaq dereceye qeder meshur elediler ve ondan da lazimi qeder istifade edirler...

E. Hacı (2014-05-13 17:23:29)
park.az artıq endirimlər saytı kimi fəaliyyət göstərir, yəni tam dəyişdi tipini, çünki sosial şəbəkə kimi mənası yox idi xərc çəkməyin. başqa azı 20-30 sayt olub yerli sosial şəbəkə, hamsı da ya bağlanıb, ya da ölü saytdır (yerliaz yallıaz sirraz hemsinifaz mydayaz dreamaz, forgenc və.s. ) bu tip layihəyə girişməyə qədim dillə desək Sizif əməyi deyillər. Sizif məşhur əfsanə qəhrəmanıdır, yuvarlaq daşı min bir zülmlə dağın zirvəsinə çıxarır, axırda da daş diyirlənir aşağı, hər dəfə elə. Yəni sonu bilinən mənasız əmək

Azerbaycan (2014-05-13 17:08:03)
Yox niyə 500.000 likdə fonda sahib olmaq olar amma ehtimal çooox azdı qiyməti çox böyük olan saytlarda yaradılanda onları yaradanlar yəqin düşünmürdülərdiki saytları nə vaxtsa çox böyük olacaq amma əgər əlinizdə 10.000 pul varsa o pulu belə şeyə qoymaq çox risklidi bir anda o pul bata bilər 10.000 az deyiıki siz ən yaxşısı hələki gəliri az olsada uğurlu olma ehtimalı çox olan layihələrə girişin pul çox olanda risk edib sosial sebeke aca bilersiniz lap onda batsada sizə çox təsir etməz

Mirza (2014-05-13 16:55:55)
İlk əvvəl sizi həvəsdən salmaq istəmirəm. Hər kəsin öz - bəzən ideoloji - fikirləri olur və əgər belə bir şey reallaşdırmaq istəyirsinizsə Uğurlar! Azərbaycanda çatından tutmuş sosial şəbəkələrə kimi hər bir sayt var - yetərincə. Master, satış, hosting-domain shop saytları da var. Siz əgər, indi, 10.000 Azn`lik büdcəyə malik olan veb-səhiə açmaq istəyirsinizsə və gələcəkdə 50.000 AZN`i ötüb keçən bir fonda sahib olmağı düşünürsünüzsə "sosial şəbəkə açıram" - sözlərindən əlinizi üzün. Və daha xeyirli saytlar düşünün, plagiat etməyin, əgər idea ilə bağlı probleminiz olsa hazıram, müraciət edin, Azərbaycanın internet bazası, yalnız, BİRLİK`lə irəli gedəcək!: mirza@iskandarov.org

Remonal (2014-05-13 16:11:52)
Səhv eləmirəmsə belə bir sayt var Azəebaycanda. park.az

Həsən (2014-05-13 14:44:48)
Bu ideanı Mark.Z iller evvel reallaşdırıb. Ve bu yeniliyi milyonlarla insan görüb ve istifade edir. Artıq sizinki kopya sayılar. Ve büdceden asılı olmayaraq uğur olacaqdır layihe.

Azerbaycan (2014-05-13 14:41:35)
Əvvəlcədən ehtimal edə bilərsiniz deyə bilmərsiniz

E. Hacı (2014-05-13 13:20:21)
Əvvəlcədən demək olar. Avantüra ilə iddia etmək tam başqa şeylərdir

Azerbaycan (2014-05-13 12:03:14)
Bunu əvvəlcədən demək olmazki uğurlu olacaq yoxsa yox siz saytda elə yeniıik edə bilərsiniz ki çox istifadəçi yığarsınız amma uğursuz olma ehtimalıda çoxdu

E. Hacı (2014-05-13 11:43:57)
Salam. Çox pis ideyadır. Sosial şəbəkə artıq reallaşmış və doymuş bir tələbatdır. Və ən əsası siz kiçik büdcə ilə çoxmilyardlı və milyondan çox yerli üzvü olan facebooka qarşı qoyacağınız inqilabi nəyəsə məncə malik deyilsiniz, çünki bum dövründən artıq 5 ilə yaxın vaxt keçib, nə ağla gəlibsə bu beş ildə gəlib. Əgər belə bir birlik və kiçik də olsa büdcəniz varsa, bu əladır, sosial şəbəkə əvəzinə daha maraqlı, yenilikçi bir şey etmək olar. Bir az araşdırma aparsaz, istifadəçi tələblərini tədqiq etsəz, məncə yeni bir məhsul çıxarda bilərsiz ortaya, ünsiyyət sistemi də ola bilər, amma sosial şəbəkə tipind yox, bundan qaçmaq lazım.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

htc desire 700

Multi Portal

c++ da time

Sayta giriş üçün cəhdlərin sayı

Youtube aid Sual

c++ kbhit()