Sayt yaratmaq haqqında sual

Salam mən .com domeni ilə wordpress woothemes vasitəsilə sayt açmışam. Saytı yavaş yavaş demək olar ki hazırlayıram. Sadəcə axtarıb tapa bilmədiyim bir iki şey var imkan varsa köməklik edərdiz.
1. Sayta mobil telefon və ya smartfon ilə daxil olanda mobil versiya kimi açılır. Yəni adi veb saytlara smartfon ilə daxil olanda sayt ümumi planda göstərilir, sonra isə sensor ilə istədiyin qədər yaxınlaşdıra bilirsən. Amma bu sayta daxil olanda hazır yaxınlaşdırılmış formada açılır. Yəni mobil versiya kimi. Onu necə düzədimki? Ətraflı yazardız zəhmət olmasa
2. Saytın laaaap aşağı hissəsinə 3-4 şəkil əlavə etmək istəyirəm. Hansı ki bir cox saytlarda var. Məsələn kiçik şəkillərdə odəmə üsulları şəkilləri. VİSA, MASTERCARD və s.
3. Saytın dil versiyaları. Məsələn Azərbaycan dili versiyasını necə hazırlayım? Xüsusi plugin var buna görə? Dil versiyası yaradanda yüklədiyim pluginləri necə tərcümə edim?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(09:07, 20/05/2014 ) #41346

1. Ümumi planda açılan saytlar desktop üçün düzəldilir.
a) Hazır kiçildilmiş, forması dəyişmiş, menyusu başqa cür olmuş, bir sözlə sırf mobil dizaynda açılan saytlar isə iki cür halda belə ola bilər. a.1. Mobil versiya ayrıca hazlrlansın və device mobildirsə sayt bu versiyaya yönləndirilsin – ki sizdəki çox güman ki bu deyil, çünki bunun üçün ayrıca plugin filan qurulur adətən. a.2. Saytın dizaynı responsiv olsun. Responsiv elə dizayndır ki css elə qurulur ki hər ekranın özünə uyğun dizaynda açılır – sizdəki məhz budur yəqin ki. onu da yığışdlrmaq üçün css bilməlisiz, theme-in kodundan responsive adlı css varsa onu çıxarıb yoxlamaq da olar, alınmasa css-dən @media query-lərinin lazım olmayanlarını silmək də olar.
b) Yox əgər siz mobil versiya yox, sadəcə dekstop versiyanın yaxınlaşdırılmış versiyasını deyirsizsə(yəni ümumi planda açılan sayt kimi açır, sadəcə sizin yerinizə yaxınıaşdırır əvvəlcədən açan kimi), bu css-də sadə zoom parametridir, css fayldan onu tapıb silmək lazımdır ya da qiymətini 1-ə bərabər etmək. – bu hal da yəqin ki sizə lazım deyil, sizin hal məncə a.2. halıdır.

2. Etmək istəyirsizsə edin, nə mane olur ki? 🙂 footer.php-yə girib html kodu atın ora. Yox əgər html bilmirəm deyirsizsə, o zaman bilən adam tapmaq lazım, html bu işlərdə olmazsa olmaz bir şeydir.

3. Dil məsələsi ağır məsələdir. Proqramçılar hərəsi bir cür yanaşa bilir bu həllə.Proqramçı olmayanlar üçün isə pulsuz QTranslate və pullu WPML pluginləri var. Onlar saytı asanlıqla çoxdilli edirlər, amma bəzi elementlərdə mütləq onların da documentationunu oxumaq lazım olur. Məsələn pluginlərin, vidcetlərin də içərisini tərcümə etmək kimi şeylər asan olmur, helplərini oxumaq lazım olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:58, 20/05/2014 ) #41350

1. E. Hacı, cavaba görə çox sağol. Responsive adlı css yoxdur. style.css və custom.css var. Custom.css-a daxil oldum bu sözlər yazılıb. İndi nə etməliyəm?

Instructions:
Add your custom styles in this file instead of style.css so it
is easier to update the theme. Simply copy an existing style
from style.css to this file, and modify it to your liking. */
/* GLOBAL STYLES
—————-
Add styles beneath this line that you want to be applied across your entire site */
/*
DESKTOP STYLES
—————–
Add styles inside the media query below that you only want to be applied to the desktop layout of your site */

@media only screen and (min-width: 768px) {
/* Desktop styles go here */

2. Mən footerə şəkilləri Appearance—-Customize-dən əlavə etmişəm. Orda isə şəkillər çox böyük açılır. İstəyirəmki balaca olsunlar. Bu yolla kiçiltmək olar? Ümumiyyətlə image to php converter deyilən bir şey var?
3. indi isə QTranslate pluginini yülədim sayta nəsə oldu. sayta girəndə bunlar yazılır:
Fatal error: Call to undefined function qtrans_useDefaultLanguage() in /home3/ruhi/public_html/wp-content/plugins/qtranslate-support-for-woocommerce/qtranslate-support-for-woocommerce.php on line 43

Necə aradan qaldırım bunu? Sayt işləmir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:12, 20/05/2014 ) #41353

    1. CSS bilgisi olmadan təəssüf ki nəsə edə bilməzsiz. media query-ləri təmizləmək lazımdır css fayllardan.
    2. html ilə etmək lazımdır onu. appearance-footer əsasən hazır tooldur deyə dəyişmək olmur istənilən kimi
    3. hmm siz birinci qtranslate-i aktiv etmədən köməkçi plugini aktiv etmisiz yəqin, ona görə belə olub. girin ftp və ya cpaneldən plugins folderinə və bu yüklədiyiniz pluginlərin papkasını silin. vəssalam işləyəcək

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:43, 20/05/2014 ) #41357

cox sagolun Allah razı olsun. dəli olmuşdum az qalsın

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (14 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (9 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (9 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024