Personal komputeri bir müddət işlədərkən öz-özünə sönür və yenidən açılır. Və ekranda ingiliscə mesaj göstərir: “Power supply surges detected during the previous power on, Asus Anti-Surge was triggered to protect system from unstable power supply unit. – Tərcüməsi: Elektrik enerjisi ilə təchizetmə dalğaları əvvəlki cərəyan açıq olarkən aşkar etdi. Asus Anti-Dalğa sistemi sabit olmayan elektrik təchiz etmə blokundan qorumaq üçün hərəkətə keçirildi.” Bu problem komputerdə dəfələrlə təkrar olunur amma çözə bilmirəm. Sizdən xahiş edirəm, kim bilirsə mənə kömək eləsin.
Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)
2
“anti-surge” ni BIOS- dan disable edin. internetde arasdirma apardim eyni problemi olanlar bu yolla hell edibler
0
Təşəkkür edirəm cavab verdiyiniz üçün. Qorxuram ki, Anti-surge deaktiv etsəm qida blokunda cərəyan artar komputeri yandırar.
2
http://www.wikihow.com/Get-to-the-BIOS-Screen
BIOS un acilma qaydasi,yene de bir az gozleyin belke daha yaxsi bir hell yazan oldu
2
SALAM. 1.BIOS’un ayarlarını sıfırlayın 2.Power’də Anti Surge funksiyasını deaktiv edin.3.Qida blokunu daha güclüsü ilə əvəzləmək variantları var.
0
Salam. Cavabınız üçün sağ olun
Komputerin sistemi
Asus Maximus Vİ Extreme
İntel Core i7-4770k
Nvidia GeForce GTX690
16 gb RAM
Bu sistemi uyğun hansı qida bloku yarıyar? Hansı məsləhətli və keyfiyyətlidir?
0
Sizin qida blokunuz neçə W’dır?
0
900 watt
0
Wow!Bu qədər kifayyət eləyir, ən yaxşısı Anti Surge funksiyasını deaktiv edin və gərginliyə nəzarət üçün tənzimləyici alın.
0
Komputer birbaşa requlyatora qoşuludu. Amma maraqlidi enerji blokunda niye gerginlik artir
0
Blokun özündə problem ola bilər və ya tozlana bilər.
0
Bugün usta yanına getdim. dedi ki blok pitaniya dəyişilməlidi. S-TEK 800w qoşmaq lazımdı. Sizcə dəyişməyə ehtiyac var? Üstəlik video karta 4gb 512bit. S-TEK 800w bu video kartaya çatdırar?
Sual verin
Cavab verin