Linux niyə virus tanımır?

Salam. Deyilənə görə, Linux ƏS-nə virus düşmür, virus hərrəmir. Necə ki, düşmür? Yəni, virus ƏS-ə təsir edə bilmir yoxsa ümumiyyətlə linuxda virus anlayışı yoxdur? Ola bilərmi ki, ubuntudan fləş ilə vvindovsa fayl atım və vvindovsa virus düşsün və ya unbuntuda ftp ilə işləyərkən servere virus düşsün?


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:58, 28/05/2014 ) #41744

Virus adi proqramdır, C-də, assemblerdə, paskalda istənilən dildə yazılan bir proqram. Hansı ki icra olunanda öz kodun yerləşdirir başqa bir proqramın kod hissəsinə. Nəticədə həmin proqram “virusa yoluxur” və icra olunanda virus kodu icra olunur. Linux -da istənilən tipli virus tərtib eləmək olar eyni ilə Windowsda olduğu kimi sadəcə olaraq Linux istifadəçilər arasında elə də geniş yayılmadığına görə virus tərtib eliyənləri elə də maraqlandırmır. Həm də Linux istifadəçiləri adətən peşəkar mütəxəssislərdən tutmuş, hakerlərə kimi davam etdiyinə görə Linuxa virus yazmaq elə də maraqlı deyil, amma var.
Qaldı ki, Windows üçün yazılmış virusun Linuxda işləməsinə bu mümkün deyil, necə ki, Windows üçün yazılmış heç bir proqram Linuxda işləyə bilməz. Proqramların obyekt fallarının tiplərinin fərqli olduğuna , sistem arxitekturası v.s. fəqli olduğuna görə bir sistem üçün yazılmış proqram digər sistem tərəfindən icra oluna bilməz. Yəni Linux – u alt-üst edən virus Windows-a heç nə eləməz və tərsinə.
Digər tərəfdən Linux Unix tipli sistem olduğuna görə və hər bir proqramın müraciət etdiyi resurslar yalnız müvafiq icazə olduqda yerinə yetirilidiyinə görə sistemə virus yoluxması belə elə də ciddi fasəd törətmir, yalnız həmin virus root icazəsi olduqda təhlükəlidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:06, 28/05/2014 ) #41746

Yuxarıdakı dolğun cavaba əlavə olaraq bir iki izah da verim ki:
Viruslar Windows EXEcutable fayl formatında olur deyə Linux-da işləmir, çünki EXE Linux-da ümumiyyətlə işləmir.
Linux-da virus nəzəri baxımdan mümkündür kimsə yaratsın(hansı ki demək olar yaradan yoxdur), amma yayılması və sistemlərin ona yoluxması ehtimalı çox aşağıdır, çünki Linux sistem strukturu, administrativ icazə filan elə qurulub ki user-dən xəbərsiz ora nəyinsə soxulması çox çətin məsələdir. Düzdür son Windows-larda da belə permission icazə filan çıxır ekrana, amma göründüyü kimi Windows-da dəlmə deşik çoxdur deyə bu da bəs etmir. Amma Linux-larda sistem çox aydın struktura malikdir deyə təhlükəsizlik də asan nəzarətolunandır.
Ubuntu-da ftp ilə cpanel ilə və ya digər proqramlar ilə tam rahat işləyə bilərsiz, flashkadan ora nəsə düşməsi hələ ordan da ftp-yə yullanması olası şey deyil

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:32, 28/05/2014 ) #41760

Təşşəkkürlər dolğun cavablara görə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:58, 08/02/2016 ) #61408

salamlar
1.Linux Ramen
2.Linux Adore

misal gostermek olar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (32 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (57 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (67 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (67 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (67 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024