note3 neo qızır

Note3 neo (s7505) telefonda oyun oynadıqda, zaryatkada olanda nəsə etdikdə telefon qızır. Əsas da ekranın yarısından yuxarı hissə. bunu hansı proqramla ya nastroykadan bilmək olar neçə dərəcədir istilik? birdə neçə dərəcə olduqda telefonun yanma ehtimalı var?

Verilmiş cavablar və yazılan şərhlər (15 cavab var)

E. Hacı (2014-06-22 01:41:56)
Mən işlətmirəm düzü belə proqramlar. Test etmişəm təbii ki. Amma işlətmirəm. Çünki həqiqətən məqsədləri üzrə faydalı olsalar da multitaskingin qarşısını alırlar bir növ, yəni arxa fon prosesləri kill etmək və. s. ilə sistemin işinə müdaxilə ediblər. Sistemin özündə onsuz da passiv prosesləri kill etmək var, hətta ayarlarda bunun həssaslığını artırın azaltmaq da olur. Sadəcə bu tip applar daha ciddi və fərdi müdaxilələr edirlər. Məndə pure Androiddir deyə arxa fonda işləyən proqramlar lazımsız deyil.

Baxisli Ilham (2014-06-21 23:50:55)
Belә proqramlar ilk öncә 5 ulduz olur. sonra 4 belә-belә sәviyyә aşağı düşür. Yәqin sәbәbi aydındır. Qısa müddәtli işlәtmişәm heç bir xeyri yoxdu.

Alparslan Məmmədli (2014-06-21 23:32:21)
İlham,heç battery doctor işlətmisən? 10.000.000 insandan çoxu sənin kimi fikirləşmir.Battery doctor,batteryanı gücləndirmir,telefonda işləyən ,lakin arxaplanda görsənməyən faylları göstərir.Onların da lazım olanını qaldıraraq telefonu rahatmış oluruq.Heç vaxt işlətmədiyin bir şey üçün pis rəy eləmə...

Baxisli Ilham (2014-06-21 22:16:01)
Battery doctor vә onun kimi proqramlar boş şeydi. Batareya vaxtı uzadılarsada digәr problemlәr yaşıyassız. Mәnim fikrimcә telefonu yaradan şirkәt sistemlә bağlı әn yaxşısını edir. MӘNİM FİKRİMCӘ. bu işdә E-hacı nisbәtәn bizdәn üstündü siz belә proqramlardan işlәdirsiz ya yox? cavabıandırardız.

Məmmədov Toğrul (2014-06-21 00:00:37)
salam mence bu telefonluqdur bu samsunglarin coxunda olur

Bextiyar Azeroglu (2014-06-20 21:44:25)
onları edirəm hər dəfə.

Bextiyar Azeroglu (2014-06-20 21:43:18)
təşəkkürlər qardaş. yüklüyərəm indi.

Alparslan Məmmədli (2014-06-20 20:49:07)
Sən sonlandırsan da,arxa planda həddindən artıq şey işləyir.Battery doctor yüklə.Mən də öz androidimə yükləmişəm və çox yaxşı işləyir.Arxaplanda heç nə işləməsə də,o telefonunun vəziyyətinin pis olduğunu dedi və işləyən proqramları göstərdi.Mən də sonlandırdım.Artıq qısayolla da,tək düyməyə basanda sonlanır.Əgər əvvəl 1-saatda 40% gedirdisə,indi eyni oyunları oynasam da 15-20%-gedir.Çox sərfəlidir. +Battery dərəcəsini də göstərir.

Kohne_Dinick (2014-06-20 19:07:47)
Qaqa arxa fon proseslerini dayanir ortadaki duymeni bas saxla. Girecek aktiv programlara sol terefdeki yaziya bas rami temizle bas fso

Bextiyar Azeroglu (2014-06-20 18:49:03)
təşəkkürlər.

Baxisli Ilham (2014-06-20 18:20:16)
cpu temperature play storda

Bextiyar Azeroglu (2014-06-20 17:55:01)
mən də bilmirəmki neçə dərəcə qızıb bununçün proqram axtarıramki dərəcəni göstərsin. və bu normal hədd neçə götürülür onu bilmək istiyirəm.

Bextiyar Azeroglu (2014-06-20 17:54:03)
işlətmədiyim bütün proqramları bağlıyıram. (arxa plandan)

Baxisli Ilham (2014-06-20 16:59:57)
Birincisi zaryatqada olanda telefonu işlәtmәk düzgün deyil( mәn işlәdirәm) . Qızması normaldı ama hәddәn artıq yox.

Real News (2014-06-20 16:25:41)
arxa plandakıları.blutooth.wifiyi bağla.bide istesen airplane modda qoya bilərsən dalğa gəlib getməyəcək

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung c5212 dil yazmaq

Samsung Galaxy Note 4 Snapdragon yoxsa Exynos?

Samsung Galaxy ya Iphone?

Telefon seçimi

Samsung Galaxy Tab 3 7.0 wi-fi

Samsung c3782 joystick problemi