Samsung Galaxy Note 4 Snapdragon yoxsa Exynos?

Salam Aleykum, bilmək istərdim Note 4 snapdragon yoxsa Note 4 Exynos?? aralarında nə kimi fərqlər var ? hansı daha yaxşıdı?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(21:31, 12/11/2014 ) #49201

Sözün düzü Sizin kimi bu sual mənim özümü də Sizdən az düşündürmür desəm daha doğru olar. Ümumiyyətlə, Snapdragon yoxsa Exynos sualı əksər istifadəçiləri düşündürür. Sözün düzü Note 4 modelinə qədər əksər sintetik testlərdə Exynos Snapdragondan hər zaman az bal toplayırdı, ancaq Note 4də vəziyyət fərqlidir, məsələn, Antutu Benchmark üzərindən Exynos Snapdragondan daha üstün bir vəziyyətə sahibdir (bu haqqda interneti araşdırsanız, kifayət qədər xəbər tapa bilərsiniz). Qalan fərqlərə gəldikdə isə, Snapdragon hər zaman daha üstün bir takt tezliyini sahib olub, Note 4də də həmçinin, amma bu bir tərəfdən müsbətdirsə, digər tərəfdən də mənfidir. Snapdragon daha cəld enerji yığır, amma daha tez istifadə edir, sürətli bir takt tezliyi olduğundan cihazın Exynoslara nisbətən daha tez qızması müşahidə edilir. Şəxsən özümdə Note 3 SM-N9005dir, Snapdragon variantı, bir az güclü qrafikalı appla işlədikdə batareya faizi sürətlə enişə məruz qalır, güclü rejimdə 1.9GHz, gözləmə rejimində Exynos özünün 1.3GHz-ni işlədir, Snapdragonda belə bir seçim yoxdur, istənilən halda eyni GHz…
Əgər başqa bir modeldə Exynos yoxsa Snapdragon sualını versəydiniz, düşünmədən Snapdragon cavabını verərdim, ancaq Note 4 məsələsində Exynosun yanındayam, sevindirici hal isə odur ki, daxili bazarımızda satılan Note 4 modelləri Exynosla təhciz olunub.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:09, 12/11/2014 ) #49205

    Mən Note 3 N900 və N9005 secim arasinda qalmisam.Oxuduguma gore Note 3 lərdə də Snapdragon ustundu.Bu ismaric casdirdi məni)) Nə məsləhət görərdiniz??

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:59, 13/11/2014 ) #49212

      Sizi çaşdıran nədir axı?! Əgər Note 3 deyirsinizsə, Snapdragon, yox əgər söhbət Note 4 modelindən gedirsə, Exynos… Sadəcə qeyd etmişəm ki, Snapdragonlar daha tez qızır və bu da təbiidir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:49, 13/11/2014 ) #49206

    Salam. Sizin n9005 originaldırmı və neçəyə almısınız?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:02, 13/11/2014 ) #49214

      Salam, originaldır, o vaxtı from.ae-dən sifariş vermişdim, o zamanlar bir az baha idi, hal-hazırda səhv etmirəmsə, 422AZN olmalıdır, +5 AZN də qeydiyyat üçün…

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:05, 13/11/2014 ) #49219

Mehman Elxanoglu
Note 4de Exynosun daha yaxşı olduğunu bildim
Təşəkkür edirəm, ətraflı məlumat üçün 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (1 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (5 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (9 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (9 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (11 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (11 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024