paypal ebay pulu qaytarmaq

Pulumu itirmə təhlükəsi oldu,hətta deyərdim ki kim mənim yerimə olsa,bu vəziyyətə düşsə pulu qaytara bilməzdi.Bu yazini sirf sizin üçün yaziram ki gələcəkdə pulunuzu batmaya.Bildiyiniz kimi ebaydan 300 dollara mal aldim,satici firildaq idi çox adami aldatmişdi.malin gəlmə vaxti 60-74gün idi ona görə də ebayda case aça bilmədim,50 gün tamam olanda paypalda case açdim paypaldan cavab gəldi ki gecikmisən.Aşağida öyrəndiyim təcrübəni payıaşiram
1-paypalda pulu qaytarmaq üçün 45 günnən tez müraciət etməlisən,buna alti-bazar da daxildi

2-ebayda malin gəlmə vaxt araliği olur,son gəlmə tarixi bitəndən sonra 30 gün müddətinə ebayda case açsan pulun geri qayidar.

3-case yalniz iki saytdan(ebay-paypal) birində açmaq olar,ikisinnən birində case açsan digərində casə açmaq hüququnu itirirsən.(istər birinci açdiğin case ziyanina olsun istər xeyirinə olsun fərqi yoxdu)
Pulumu necə qaytardim: Demk olar ki pulu qaytarmağin heç bir hüquqi yolu qalmamişdi,Mən ok.rusaytinda ebay Rossiya ilə yazişdim,onlarin eloktron poçtlari da var,ebay rossiya dedi ki saticiya xəbərdarliq etdim əgər 10 günə sizə cavab yazmasa onun bütün məlumatlarini sənə verəcəm səninkini də həmçinin ona.Bilmədim bu məlumatlarla mən saticiya nə edəsiydim.Nə isə ebayi gözləyəsi halim yox idi facebookda paypali tapdim yazan kimi cavab yazdilar,çoxlu yazişdimvə başa saldim ki,pulu qaytarmağin hüquqi yolu olmadiğini bilirəm amma bu satici firildaqdi,link də göndərdim baxdilar və nəhayət yazdilar ki pulunu qaytardiq amma bir də şikayyət etmək üçün 45 günnən gec müraciət etmə
Sağolsunlar yenədə )))
Bu arada bu qədər yazini ALLAHA xatir yazdim,kimsə sizdən kömək istəyəndə ALLAHA xatir özünüzüəziyyətə salib o adamakömək etməyi unutmayin.Hər birinizə təşəkkür


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(23:14, 20/06/2014 ) #43193

Twk qaqa bildirdiyin ucun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:22, 20/06/2014 ) #43194

Ebayman cox sagol bu onu gosterirki paypal tam edaletli isleyir hemde sizim bu zehmetinizle cox insanin pulunun barma ehtimali artiq qalmaz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:36, 20/06/2014 ) #43196

siz saqolun burdaki insanlar hemise mene meslehet verirdi indi menim novbem idi.ebay yox mesele paypalliq oldu paypal qaytardi baxmayaraq ki huququm yox idi pulu qaytarmaqa sadece satici haqda melumatlara gore pulu qaytardi.elave olaraq iki musbet melumat da aldim bunlar ebay rossiya odnoklassnikde,paypal ise facebokda istediyin suali verirsen cavablayir.ebay rossiyanin hetta electron poctu da var rusca cavablayirlar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:49, 20/06/2014 ) #43197

Mumkunse linkleri bura yaz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:55, 20/06/2014 ) #43201

buyurun.emaile ehtiyac yoxdu orda qiz dese kec emaile onda kec

http://ok.ru/dk?st.cmd=altGroupMain&st.groupId=omzmawdcxueryhaeyfe0rekkuvzfapjaemhur&st._aid=D_GoToGroup

https://www.facebook.com/PayPal?fref=ts

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:21, 12/08/2015 ) #57516

    salam.mende ebaydan bir wey sifariw etdim.mal 1 gun sonra lehv olundu pulumuda cixmiwdilar.indi hec malin ustunde basiram hecne yoxa cixir not found yazilir.pulu geri qaytararlar?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:01, 21/06/2014 ) #43204

cox sagolun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:07, 21/06/2014 ) #43208

bu yazini da yeni paylasdi cox tecrubeli adamdi (facebokda Internet shopping adli seife)
·
Sizə paypalda case açmaq haqqında məlumat vermək istəyirəm.
Bir çoxlarınız bəlkə də elə düşünürsünüz ki, PP-da 45 gündən sonra disput açmaq mümkün düyil. Mümkündü. Necə ?!
İstənilən transaksiya 180 gün ərzində şikayət edilə bilər. 45 gün məsələsi avtomatik case aiddir. 45 gündən sonra isə siz disputu email və ya customer supporta zəng etməklə aça bilərsiz. Ola bilsin 1 ve ya 2 zengivizə deyəcəklər ki, “yox siz vaxtında açmalı idiniz”.amma siz onları başa salmalısınız, arqument gətirməlisiniz, və məcbur etməlisiniz ki. sizin üçün disput açsınlar. Paypalda 15 mindən çox insan çalışır. Hər dəfə də zəng edəndə ayrı ayrı şəxslərlə danışmalı olursan. Və elə bilməyin ki, onlar hamısı paypalın qaydalarını yaxşı bilir. Çox vaxtı heç özləri nə danışdıqlarını bilmirlər. Bəli həqiqətən belədi. Siz onlara zəng etdikdə sizi bu departamentdən o departamentə yönəldəcəklər. Standard cavablarla başlarından eləməyə çalışacaqlar. Deyəcəklər ki, “yaxşı biz sizə 48 saat ərzində cavab verərik” amma ya cavab verməyəcək ya da standard cavab yazacaqlar ki, heçnəyə dərman olmayacaq. Saatlarla vaxtınız gedeəcək skaypla zənglərə(zənglər çox ucuzdu. narahat olmayın). Amma bir gün bir insaflı və ağıllıya rast gələcəksiniz və o sizə həqiqətən komək etməyə çalışacaq. O dəqiqə o adamın adını, işlədiyi departamenti yadınızda saxlayın. Onun yaxasını buraxmayın. Hər dəfə zəng edəndə onu soruşun ki, başqalarına eyni tarixcəni yenidən və dəfələrlə danışmaq məcburiyyətində qalmayasınız. Və inanın nəticəsi olacaq. Düzdü əlbəttə xırda şey üçün buna sərf edilən vaxta dəymir amma dəyərli şeydən söhbət gedirsə bunu etməyə dəyər. Bir də gərək inglis dilində babat danışa biləsiz.
Mən şəxsən bu yolla ümumi dəyəri 10 min dollardan cox olan ayrı ayrılıqda bir neçə case-i həll etmişəm.
Sizə uğurlar !
Нрави

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:34, 22/06/2014 ) #43246

Çox sağ ol qardaş məlumat üçün. Həqiqətən çox dəyərli fikirlər idi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:49, 23/09/2014 ) #47770

salam xahis edirem eger bilisizse deyin pay paldan pulu karta nece qaytarim?ebaydan pulu vurublar paypala

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (07:10, 23/09/2014 ) #47771

    Dərhal və avtomatik olur özü, siz heç nə etməyin. 3 gün ərzində kartıniza oturacaq

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (14 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024