Proqram qiyməti

Salam adi market və ya aptek üçün proqramı proqramçılar və ya studyalar nəçəyə hazırlayır? Və necə edirlərki aparat(malın üstünə tutanda qeydə alan) dəstəklənir? Proqrama nə əlavə olunur bunun üçün? Birdə bu aparatın işləmə prinsipi necədir? Üstündə kamera var malın kodun görüb qeydə alır ya necə? Öncədən təşəkkürlər


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(22:01, 29/06/2014 ) #43652

1.Hər kəs öz əməyini özü qiymətləndirir.
2-4. Barcode skaner deyilen cihaz malın üstündəki barkodu tanıyır və onu kompüterdə kursorun olduğu yerə input edir. Bunu o qurğu özü edir, heç bir koda gerek olmadan. Kod artıq lazım olur gələn kodu tanıyıb işlətmək üçün baza ilə bağlamaq ve s üçün

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:55, 30/06/2014 ) #43712

    Cavaba görə sağolun amma məni qane etmədi düzdür hərə öz əməyin özü qiymətləndirir amma məndə dəftərə qaranquş şəkli çəkib onu milyon dollara təqdim edə bilərəm ancaq heç kəs bunu qəbul etməyəcək bununda bir orta qiyməti varda cihaz üçün bilirəm kod yazmaq lazım deyil ancaq proqrama bunun üçün heç bir əlavənin edilmədiyinə nəsə inanmadım nəbilim bəlkədə belədi işləmə prinsipi yazmışdım indi fikirləşirəm malın üstünə tutanda güclü işıq verir aparat yəqinki işıq dalğası vasitəsilə məlumatı ötürür

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (01:28, 01/07/2014 ) #43722

      Qaranquş şəkli çəkib milyon dollara təqdim etsəniz bu olacaq avantüra, amma eyni şeyi eyni şəkli Salvador Dali etsə olacaq real qiymətləndirmə. Əməyin qiymətləndirilməsi daha real əsaslara söykənməlidir.
      Sizin aylıq gəliriniz və ya umduğunuz real gəlir və məhsula sərf etdiyiniz vaxt arasında bir əlaqə qurub nəticə çıxarırsız (ən sadə model deyim: sizə bir proqram yazmağı tapşırıblar və qiymət istəyirlər, siz hesablayıb görürsüz ki 45 günə bitirə bilərəm onu. 1 aylıq umduğum gəlir tutalım 3000 manatdır. O halda məhsula 4500 manat qiymət qoymuş oluram. Bu mənim üçün ədalətli qiymətdir və bundan aşağı qiymət mənə görə məqbul deyil, bircə qalır müştəri, əgər o da razıdırsa deməli iş tamamdır)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:53, 04/07/2014 ) #43920

Oldu təşəkkür edirəm

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:29, 31/07/2014 ) #45466

    Yazdığın proqrama qiymət təyin etmək istəyirsənsə əvvəlcə baxmalısan proqram bir nəfərin işi üçün nəzərdə tutulub ya bir dəfə yazırsan hər dəfə istəyən olanda satırsan? birinci halda çəkdiyin zəhmətın haqqını bir dəfəyə alırsan ikincidə sənin yazdığın proqrama olan tələbata baxıb müəyyən edirsən hansı qiymətə satsan nə qədər vaxta əməyinin dəyərini ala bilərsən (təbii ki bazar qiymətlərini nəzərə almaqla)
    Barkod scaner barkodu oxuyub yazıya çevirir və nastroykadan asılı olaraq oxuduqdan sonra enter ve ya başqa düyməni basır

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (4 saat əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (7 saat əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (2 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (6 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (6 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (10 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (10 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (12 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024