Proqram qiyməti

Salam adi market və ya aptek üçün proqramı proqramçılar və ya studyalar nəçəyə hazırlayır? Və necə edirlərki aparat(malın üstünə tutanda qeydə alan) dəstəklənir? Proqrama nə əlavə olunur bunun üçün? Birdə bu aparatın işləmə prinsipi necədir? Üstündə kamera var malın kodun görüb qeydə alır ya necə? Öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

ruslan380 (2014-07-31 17:29:39)
Yazdığın proqrama qiymət təyin etmək istəyirsənsə əvvəlcə baxmalısan proqram bir nəfərin işi üçün nəzərdə tutulub ya bir dəfə yazırsan hər dəfə istəyən olanda satırsan? birinci halda çəkdiyin zəhmətın haqqını bir dəfəyə alırsan ikincidə sənin yazdığın proqrama olan tələbata baxıb müəyyən edirsən hansı qiymətə satsan nə qədər vaxta əməyinin dəyərini ala bilərsən (təbii ki bazar qiymətlərini nəzərə almaqla) Barkod scaner barkodu oxuyub yazıya çevirir və nastroykadan asılı olaraq oxuduqdan sonra enter ve ya başqa düyməni basır

Azerbaycan (2014-07-04 22:53:37)
Oldu təşəkkür edirəm

E. Hacı (2014-07-01 01:28:01)
Qaranquş şəkli çəkib milyon dollara təqdim etsəniz bu olacaq avantüra, amma eyni şeyi eyni şəkli Salvador Dali etsə olacaq real qiymətləndirmə. Əməyin qiymətləndirilməsi daha real əsaslara söykənməlidir. Sizin aylıq gəliriniz və ya umduğunuz real gəlir və məhsula sərf etdiyiniz vaxt arasında bir əlaqə qurub nəticə çıxarırsız (ən sadə model deyim: sizə bir proqram yazmağı tapşırıblar və qiymət istəyirlər, siz hesablayıb görürsüz ki 45 günə bitirə bilərəm onu. 1 aylıq umduğum gəlir tutalım 3000 manatdır. O halda məhsula 4500 manat qiymət qoymuş oluram. Bu mənim üçün ədalətli qiymətdir və bundan aşağı qiymət mənə görə məqbul deyil, bircə qalır müştəri, əgər o da razıdırsa deməli iş tamamdır)

Azerbaycan (2014-06-30 21:55:14)
Cavaba görə sağolun amma məni qane etmədi düzdür hərə öz əməyin özü qiymətləndirir amma məndə dəftərə qaranquş şəkli çəkib onu milyon dollara təqdim edə bilərəm ancaq heç kəs bunu qəbul etməyəcək bununda bir orta qiyməti varda cihaz üçün bilirəm kod yazmaq lazım deyil ancaq proqrama bunun üçün heç bir əlavənin edilmədiyinə nəsə inanmadım nəbilim bəlkədə belədi işləmə prinsipi yazmışdım indi fikirləşirəm malın üstünə tutanda güclü işıq verir aparat yəqinki işıq dalğası vasitəsilə məlumatı ötürür

E. Hacı (2014-06-29 22:01:12)
1.Hər kəs öz əməyini özü qiymətləndirir. 2-4. Barcode skaner deyilen cihaz malın üstündəki barkodu tanıyır və onu kompüterdə kursorun olduğu yerə input edir. Bunu o qurğu özü edir, heç bir koda gerek olmadan. Kod artıq lazım olur gələn kodu tanıyıb işlətmək üçün baza ilə bağlamaq ve s üçün