Salam. Təcrübəli və bilən şəxslərdən xayiş edirəm aşağıdakı suallarıma yazanda tam və dəqiq yazsın.
1) Animasiyalı obrazları (yəni canlı olaraq hərəkət edən şəkilləri) necə adi şəkil edib (yəni hərəkətsiz edib) ölçüsünü dəyişmək olar ? Belə bir proqram varsa adını yazın. Xayiş edirəm belə bir proqram qeyd edinki bir şəkli deyil bir nəçə şəkli (yəni 40-50 dənə şəkli) birdəfəlik ölçüsünü dəyişmək olsun. Zəhmət olmasa yükləmək üçün sayıtın linkinidə qeyd etməyi unutmayın. O proqramın istifadə qaydası harda varsa onunda linkini qeyd edin.
2) Şəkil üçün ən keyfiyyətli format hansıdır ? (Mən sosial şəbəkələrdə profil şəkli üçün nəzərdə tuturam)
3) Ölçüsü çox kiçik olan animasiyalı obrazı adi şəkil edib ölçüsünü artıranda şəklin keyfiyyəti itəcək, azalacaq yoxsa necə varsa helədə qalacaq ?
4) Sosial şəbəkələrə profil şəkili yerləşdirəndə şəklin ölçüsü nə qədər olmalıdır ki, o ölçüdən yuxarı olsa şəkil yerləşməyəcək. Yəni təxminən ən çox nə qədər ?
5) Kompüterdə Animasiyalı obrazın və adi şəklin ölçüsünə və formatına necə baxmaq olar ?
6) Kompüterdən əlavə telefonda necə baxmaq olar ?
Dəyərli vaxtınızı ayırıb məlumat verdiyiniz üçün çox sağolun
Sual verin
Cavab verin