javascriptdə (0,0) nöqtəsi

Salam javascriptdə necə etmək olarki (0,0) nöqtəsi səhifənin tam ortasında olsun? Birdə tək javascriptlə saytda qaryağma düzəltmək olar?


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(18:36, 25/07/2014 ) #45164

nə soruşmaq istədiyinizi (1-ci sual) ümid eləyirəm ki, başa düşmüşəm.

kartezian koordinat sistemində (kks) (0,0) nöqtəsi, absis və ordinat oxlarının kəsişməsi sayılır. bu fərziyyə və onun təsvir elementlər riyaziyyatdakı abstrakt obyektlərdi. fenomenal, yəni hissi qavrayış orqanlarımızla (dil, dəri, göz, qulaq, burun) bunların dolaysız dərki mümkün deyil, eləcə də bunlar təbiətdə bizim təxəyyül elədiyimiz formada yoxdurlar. bu fərziyyələr ona görə var ki, biz təbiətdəki müəyyən dislokasiyaları etalonlaşdırmağa, modelləşdirməyə can atırıq. ona görə də xəyali olaraq qəbul elədiyimiz müstəvinin tən ortasını (həndəsi orta – ağırlıq mərkəzi) adətən riyazi notasiya kimi belə (0, 0) təsvir eləyirik.

əgər javascript yaradıcıları bu intuitiv faktı orda hansısa formada qeyd eləyiblərsə çox yaxşı – bununçün javascript kitabxanalarının dokumentasiyalarına baxmağınız kifayətdi. əks halda hər şeyi özünüz qurmalı olacaqsız. işin asan tərəfi budu ki, müstəvi kimi qəbul elədiyiniz qrafikin (proqram pəncərəsi, veb interfeysi vəs.),ekran ölçülərinə görə(y/hündürlük, x/en) yuxarıdan x/2 soldan y/2 məsafədəki nöqtə həmin bu (0,0)-a daha çox uyğun gəlir. məs, 1200×800-lük platforma üçün bu, yuxarıdan 600, soldansa 400 vahid uzaqlıqdalı həndəsi nöqtədi.

başqa yanaşma formaları da mümkündü: istifadə elədiyiniz pəncərəni kks-in hansısa rübü kimi götürsəniz, onda 1 və 2-ci rüblər üçün sol və sağ alt küncləri, 3 və 4-cü rüblər üçünsə sağ və sol üst künclər (0,0) nöqtəsinə təsadüf eləyəcək.

əlbəttə ki, (0, 0) nöqtəsini verilmiş müstəvinin istənilən yerində götürmək baxımından sərbəstsiniz – lakin belədə simmetrik yerləşmə etalonunuz itəcək. məs, yuxarıda “mövzu üzrə bənzər suallara…”nın yerləşdiyi yeri 0,0 nöqtəsi kimi qəbul eləsəz, onda bu müstəvi əsasən 4-cü rübə aid olacaq və həm ordinat, həm absis, həm də ki, başlanğıc nöqtəsinə görə simmetriyaların çox az hissəsi əlçatan olacaq.

2-ci suala cavab: bəli, olar. bu keçiddə mümkün variantlardan biri var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026