javascriptdə (0,0) nöqtəsi

Salam javascriptdə necə etmək olarki (0,0) nöqtəsi səhifənin tam ortasında olsun? Birdə tək javascriptlə saytda qaryağma düzəltmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

marmeladze (2014-07-25 18:36:26)
nə soruşmaq istədiyinizi (1-ci sual) ümid eləyirəm ki, başa düşmüşəm. kartezian koordinat sistemində (kks) (0,0) nöqtəsi, absis və ordinat oxlarının kəsişməsi sayılır. bu fərziyyə və onun təsvir elementlər riyaziyyatdakı abstrakt obyektlərdi. fenomenal, yəni hissi qavrayış orqanlarımızla (dil, dəri, göz, qulaq, burun) bunların dolaysız dərki mümkün deyil, eləcə də bunlar təbiətdə bizim təxəyyül elədiyimiz formada yoxdurlar. bu fərziyyələr ona görə var ki, biz təbiətdəki müəyyən dislokasiyaları etalonlaşdırmağa, modelləşdirməyə can atırıq. ona görə də xəyali olaraq qəbul elədiyimiz müstəvinin tən ortasını (həndəsi orta - ağırlıq mərkəzi) adətən riyazi notasiya kimi belə (0, 0) təsvir eləyirik. əgər javascript yaradıcıları bu intuitiv faktı orda hansısa formada qeyd eləyiblərsə çox yaxşı - bununçün javascript kitabxanalarının dokumentasiyalarına baxmağınız kifayətdi. əks halda hər şeyi özünüz qurmalı olacaqsız. işin asan tərəfi budu ki, müstəvi kimi qəbul elədiyiniz qrafikin (proqram pəncərəsi, veb interfeysi vəs.),ekran ölçülərinə görə(y/hündürlük, x/en) yuxarıdan x/2 soldan y/2 məsafədəki nöqtə həmin bu (0,0)-a daha çox uyğun gəlir. məs, 1200x800-lük platforma üçün bu, yuxarıdan 600, soldansa 400 vahid uzaqlıqdalı həndəsi nöqtədi. başqa yanaşma formaları da mümkündü: istifadə elədiyiniz pəncərəni kks-in hansısa rübü kimi götürsəniz, onda 1 və 2-ci rüblər üçün sol və sağ alt küncləri, 3 və 4-cü rüblər üçünsə sağ və sol üst künclər (0,0) nöqtəsinə təsadüf eləyəcək. əlbəttə ki, (0, 0) nöqtəsini verilmiş müstəvinin istənilən yerində götürmək baxımından sərbəstsiniz - lakin belədə simmetrik yerləşmə etalonunuz itəcək. məs, yuxarıda "mövzu üzrə bənzər suallara..."nın yerləşdiyi yeri 0,0 nöqtəsi kimi qəbul eləsəz, onda bu müstəvi əsasən 4-cü rübə aid olacaq və həm ordinat, həm absis, həm də ki, başlanğıc nöqtəsinə görə simmetriyaların çox az hissəsi əlçatan olacaq. 2-ci suala cavab: bəli, olar. bu keçiddə mümkün variantlardan biri var.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Browserlərdə javascript dəstəyini yoxlamaq

JavaScript

Javascriptdə funksiyanı çağırmaq və az şriftləri

Javascript köməklik

Öncə jQuery öyrənməli yoxsa JavaScript?

yalnız html css və javascript düzəldilmiş saytı hostingə atmaq olarmı?