“Facebook”un reklam statistikasındakı fərqliliklər haqqında…

Salam. Məlumdur ki, “Facebook” səhifələrində yönəticilərin hər hansı bir paylaşımı önə çıxarmaq, yəni, reklam etmək seçənəyi var. Bu funksiyanı hələ tam tətbiq etməsəm də hərdən maraq xətrinə test edirəm. Bəzən inanılmaz fərqlər ortaya çıxır. Belə ki, paylaşımın altında yer alan tanıtım funksiyasındakı müvafiq yerə 5 dollarlıq büdcə yazdığım zaman əksər vaxt paylaşımın təxminən 500 -1500 arası göstəriləcəyi kimi təxmini statistik məlumatlar görsənir. Bəzən isə bu rəqəm eyni büdcə və eyni coğrafiya (Amerika) ilə təxminən 50 000 – 75 000 və hətta daha artıq olur. Sizcə bu boyda fərq statistikadakı hər hansı boşluqdan yaranır, yoxsa doğrudan da gerçəyi əks etdirir? Cavabının üçün öncədən təşəkkürlər!


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(13:08, 26/07/2014 ) #45201

Salam. Yekunda yazır bunu, ki ümumi nəticənin neçə faizi viral oldu, neçə faizi paid, neçə faizi standart. Şəxsən məndə də 20-30 dəfə fərqlənən nəticələr olub eyni büdcə ilə. Yəni kəskin fərq. Amma paid hissənin nəticələrində ciddi fərq olmayıb, fərq viral hissədə olub. Yəni loru desək bir paylaşım maraqsızdır, 10$ verirəm 200 dəfə kliklənir, 50 dənə də öz üzv userim görür, cəm edir 250. Bir də olur ki nəsə intriqalı və ya maraqlı nəsə paylaşıram, 200 dəfə kliklənir, 50 dənə öz üzvüm görür, 200 dənə klikləyənlərin like etməsi, paylaşması, comment etməsi nəticəsində isə onların 5000 dostu görür elanımı. Nəticədə birinci maraqsızın 10$-a nəticəsi olur 250, 2-ci maraqlının 10$-a nəticəsi olur 5250.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:46, 26/07/2014 ) #45241

Öncə cavabınız üçün təkrar təşəkkürlər, Elvin bəy! Anladğım qədərilə statistikadakı bu kəskin fərqlər hər hansı texniki səhv deyil. Yəni, paylaşımın altında yer alan tanıtım funksiyasındakı müvafiq yerə 5 dollarlıq büdcə girməklə o paylaşımı 500 – 1500 nəfərə də, 50 000 – 75 000 nəfərə və hətta daha artıq göstərmək mümkündür…

Bu 5 dollar toplam büdcə hesab edilir, deyilmi və bir də bilmək istərdim ki, təxmin edilərək göstərilən say unique istifadəçilərdir, yoxsa bu, paylaşımı eyni adamın bir neçə dəfə görməsilə hesablanır?…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:28, 23/08/2014 ) #46573

Bu arada bir kampaniyamda “Facebook” 10 000 – 27 000 göstərim olacağı barədə verdiyi vədə xilaf çıxdı. Reklam təxminən 670 göstərim aldı…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026