Salamlar. Çox qəribədir….
index.php faylında
include('lang_az.php');
yazmışam. Bunu yazanda html template-imdə dəyişiklik olur. Bunu kodu əlavə edəndə html templateimin başlanğıcında ağ zolaq əmələ gəlir…
Ancaq kodu əlavə etməyəndə normal işləyir…
Aşağıdakı şəkillərə baxsaz başa düşərsiniz…
lang_az.php faylı
Neçə ildi proqramistəm birinci dəfədi başıma belə bir şey gəlir…
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
0
Yəqin ki error verir. Ağ zolaq görünəndə səhifənin mənbə kodlarına brauzerdən baxın görün orda nə çıxır. Boş yerə ağ zolaq verməz.
Funksiyalar qovluquna baxın görün php-dən başqa fayllar var ya yox? Orda işlətdiyiniz kod düzgün deyil. Ola bilsin istifadəçi ora jpg faylı atsın bu zaman jpg fayl include edilməyəcək bu da səhv verər.
0
Heç bir error yoxdur. View-Source ilə də baxmışam. Bütün error warrings noticesi göstərməyi də qoşmuşam…
0
Onda belə çıxır ki heç bir problem yoxdu. Massivi bu cür təyin edib yoxlayın
$lang=array(“account”=>”Hesab”,”no_page_name”=>”Ucuz Məhsullar”);
Yenədə düzəlməsə css kodlara baxın siz
0
Salam. front end görüntünün php ilə əlaqəsi yoxdur. Brauzerlərdə qəşəng alət var: Firebug, Chrome Dev Tools və.s. Onunla asanlıqla görə bilərsiniz ki o ağ zolaq nəyindir, css margindir, html sətirdir, php errordur çıxır ya nədir. Ondan sonra artıq nə olduğunu biləndə hansı php faylda olduğunu biləcəksiz.
0
Baxmışam. Heç bir error yoxdur.
0
3 hal yazmışam, Error ən son ehtimal. Əsas olan ilk iki ehtimaldır. Lokalda yox, vebdə olsa 10 saniyəyə bilmək olar nərdədir problem
1
Tapdım. Notepad++ proqramında encoding-i UTF-8 seçmişdim. Amma UTF-8 without BOM elədim yox oldu. Nə firebug lazım oldu nədəki errorlar.
Sual verin
Cavab verin