Pascalda müəyyən addımlarla iç-içə dövrlər

Salam dostlar, çox sadə bir sualım var. Pascalda mənə iç-içə 3 dövrün müəyyən addımlarla qurulmuş alqoritmi lazımdır, fikrimi kodlarla aşağıdakı kimi izah edə bilərəm: [code] for t:=12 to 23 {step 1} do for w:=25 to 100 {step 5} do for n:=135 to 345 {step 10} do writeln(n,'/',w,'R',t); [/code] While və ya repeat ilə də olar, ancaq məsələ burasındadır ki, pascalda step yoxdur, stepsiz yazanda isə 345/25R12-dən sonra 332/26R12 gəlir nədənsə, halbuki, 135/26R12 gəlməlidir. Niyə belə olur?!

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Mehman Elxanoglu (2014-09-07 19:18:29)
Problemi while ... do... operatoru ilə həll etdim, for ... to ... do - da step olmadığından alternativ variant kimi bu həlli seçdim, köməyə görə çox sağ olun, sadəcə gecə idi deyə beynim çox yorğun olduğundan dövrün içində şərt vermişdim, şərt ödənmədiyindən birbaşa 332/26R12 keçid edirdi.

Azerbaycan (2014-09-07 16:50:53)
Salam marmeladze ile eyni fikirdeyem siz hansi isi gormek isteyirsiz deyin alqoritmde komek ede bildim belke menimde pascalla tanisligim cox azdi ancaq alqoritmde komek ede bilerem belke

marmeladze (2014-09-06 21:46:27)
yoldaş Elxanoğlu, bu kodun görmək istədiyi iş tam olaraq nədi? yaxud daha düzgün ifadəylə, bu kodu yazmaqla hansı işi görmək istəyirsiz? bəlkə alqoritm qurmaqda köməklik eləmək oldu - baxmayaraq ki, pascal-la tanışlığım yox dərəcəsindədi (məs: pascal kodunda stepləri birinci dəfədi ki görürəm)

ahmed (2014-09-06 21:21:23)
Bu o demekdir ki, artiq C++ -a keçmeyin vaxtidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Pascal dilində məsələ

Paskalda iki məsələ

Paskal proqramlaşdırma dilində yaxşı ideya axtarışındayam.

need for speed most wanted rus

Proqramlaşdırma başlamaq

Elektron olimpiada