Elektron olimpiada

Salam dostlar, bir həvəskar proqramçı kimi boş vaxtlarımda e-olimp.com-da olan məsələlərin kodlaşdırılması ilə məşğul olurdum. Son zamanlar sayt yeni ünvana (e-olymp.com) daşınır, ya nədəndirsə (hər halda saytın təkmilləşdirilməyə ehtiyacı var, bu isə təqdirəlayiqdir), kod göndərən zaman problemlər yaşanır, yeni istifadəçini qeydiyyatdan keçir, amma login olmur, həddindən artıq gec test olunur (halbuki Queue-də növbəsində mən elə də uzaq da görünmürəm), bəzən test olunub, “Kompilyasiya xətası” verir, bir neçə saat sonra həll 100% olaraq qəbul olunur və s. Ümid edirəm ki, sayt yeni ünvana tam keçib qutardıqdan sonra bütün problemlər aradan qaldırılacaq, amma bu sayt bəziləri kimi məni də yüngül desəm “narkoman” edib 🙂

Sual: Bu tip başqa bir sayt bilirsinizmi?!

Tələblər:
1) Kompilyator kimi heç olmazsa, mütləq şəkildə C# (C Sharp), Delphi, Free Pascal olsun.
2) Dil olaraq heç olmazsa, RUS dili olsun ki, sual aydın olsun, Türk ya Azərbaycan dili olsa, lap əla!!! İngilis dili demirəm, yəqin ki, olacaq, mütləq deyil ingilis dili…

Vaxt: Suala cavablandırmağa vaxt məhdudiyyəti qoyulmur 🙂


Kateqoriya: Sual . , , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(13:48, 11/05/2015 ) #55320

Proqramlaşdırmanı öyrənmək üçün daha maraqlı təklifim var, amma yuxarıda adlarını sadaladığın proqramlama dilləri yoxdur.
https://codecombat.com/

Oyun saytıdır. Bu saytla Python, JavaScript, CoffeeScript, Clojure, Lua və İo haqqında təsəvvürün ola bilər.
Gic-gic oyunlardansa bu daha məsləhətlidir. 😉

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:42, 11/05/2015 ) #55329

    Cavaba təşəkkür edirəm, ancaq mən ixtisasca riyaziyyatçı olduğuma görə alqoritmikamı inkişaf etdirmək üçün boş vaxtlarımda həvəskar proqramçı kimi bu işlə məşğul oluram. Bəlkə də məsləhət gördüyünüz layihə gənclər, tələbələr üçün maraqlı görünə bilər. Lütfən bunu tənqid kimi etməyin, qeyd etdiyiniz sayt yaşıma görə mənə bir az qeyri-ciddi göründü, üstəlik tələblərimə də uyğun gəlmir. Yenə heç olmazsa, dillərin hər hansı biri olsaydı, azacıq gəzişib, bəyənə bilərdim, həvəskar proqramçı yox, professional koder olsaydım, hətta orada qeyd olunan dilləri də öyrənə bilərdim, təssüf ki, proqramçılıqla həvəskar bir şəkildə məşğul oluram. Ancaq əziyyətinizə görə təşəkkürlər…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:24, 12/05/2015 ) #55333

      Onda ən məsləhətlisi

      http://www.codechef.com/ – dur. Yarışda bir çox ölkələrdən iştirak edən var.Ancaq ingilis dilindədir. Tərcümə edəsi olacaqsan.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:21, 11/05/2015 ) #55324

codeacademy.com tәәsüf ingiliscәdi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:49, 11/05/2015 ) #55330

    İngiliscədən əlavə üstəlik kod dili də fərqlidir, HTML?!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:22, 02/02/2016 ) #61316

Salam.informatika.edu.az saytı var.Sizin tәlәblәrinizә tamamilә cavab verir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

rumen cavab verdi - Aliexpress de beyenname nece olur? (1 gün əvvəl)

E. Hacı cavab verdi - Azərbaycandan Amerikaya məhsul (2 gün əvvəl)

blase cavab verdi - Turkiye kartina pul kocurmek (3 gün əvvəl)

blase cavab verdi - Türkiyədən Azərbaycana məhsul (3 gün əvvəl)

blase cavab verdi - .com domaininin silinmə tarixi (3 gün əvvəl)

E. Hacı cavab verdi - Shopify ödəniş qəbul etmək (3 gün əvvəl)

Mabusaki cavab verdi - Paypal hesabı necə açım? (4 gün əvvəl)

Рамин Салманлы cavab verdi - Gömrük rəsmiləşdirməsi (5 gün əvvəl)

Рамин Салманлы cavab verdi - Gömrük İdman Qidalarını buraxırmı ? (5 gün əvvəl)

Рамин Салманлы cavab verdi - Malım gömrükdə galıb (5 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (6 gün əvvəl)

famil muzeffer cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (6 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (6 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Universitet imtahani (6 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpress sifarişi ilə bağlı. (6 gün əvvəl)

Software Developer - 611 xal

E. Hacı - 603 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 426 xal

Maqa - 343 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 21942 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2020