Sony Xperia nfc

Salam.Sony Xperia modellərində arxa крышка-da bir işarə var N(nfc).Bu nə üçündür...

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

_HACKER_ Elvin (2014-09-13 21:29:50)
Sağ olun məlumata görə .Təşəkkürlər...

E. Hacı (2014-09-13 11:11:55)
NFC tətbiqi çox faydalı funksiyalarda lazım ola biləcək texnologiyadir. Near Field Communication deməkdir, yəni yaxın ərazidə bağlantı. İki NFC cihazı yanaşı tutduqda avtomatik bağlantı qurulur və paylaşma imkanı olur nəyisə. Xaricdə bu ödənişlərdə(smartfonu qurğuya yaxınlaşdırmaqla ödəniş olur, kart, nəqd pul lazım olmadan), qapı kilidi açmaqda, evin cihazlarını ağıllı idarəetmədə və.s. istifadə edilir. Siz isə başlanğın olaraq fayl paylaşımında istifadə edə bilərsiniz. Məsələn bir şəkil və ya sayt açın, sonra başqa nfc-li telefonla arxa arxaya yaxın tutun smartfonları, dərhal paylaşma imkanı çıxacaq ekrana, klik edəcəksiniz və fayl və ya sayt köçəcək o biri smartfona, nə bluetooth ilə axtarış və pair lazım oldu, nə də pair, hər şey avtomatik qurulur və optimal köçürmə hansıdırsa onunla köçür o biri telefona. Maraq üçün deyim ki, Bakı Metro kartları da NFC ilə işləyir. Metro kartınızı smartfonunuza yaxınlaşdırsaz siqnal verdiyini görəcəksiz.

E. Hacı (2014-09-13 11:08:54)
Lütfən dəqiq bilmədiyiniz informasiyanı paylaşmayın. NFC-in notification demək olduğunu haradan oxumusuz?

Kohne_Dinick (2014-09-13 10:22:57)
Yeni NFC (NOTIFICION - BILDIRIS ISIGI) demekdir. Yeni telin arxasinda kameranin Iisigi var flashi

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

NFC çiplər üçün copy proqramı

nokia 700 də nfc proqramı və başqa proqram haqqında

Google Pulqabı haqqında

Smartfon ilə NFC ödəniş haqqında

nfc ni telefonumda nece islede bilerem?

Apple Pay Azerbaycanda isleyir?