Google Pulqabı haqqında

Salam. Sualım Google Pulqabındakı “Loyallıq kartı” bölümü ilə əlaqəlidir. Aplikasiyada “Pulqabına əlavə edin” yazısının üzərinə vurduqda görünən siyahıda “Loyallıq kartı” bölümü var. Həmin bölümə baxanda orda üç marketin adı göründü. Mən məsələn Araz marketin bonus kartındakı barkod olan hissəni Google Pulqabı aplikasiyası ilə skan etdim və barkod əlavə edildi aplikasiyaya.
Bilmək istəyirəm ki bu deməkdir ki bundan sonra Araz marketdə aldığım şeylərin kassada ödənişini etdiyim vaxt kartın bonus kartı olmadan Google Pulqabı aplikasiyasına əlavə edilən həmin barkodu bonus kartının əvəzinə istifadə edə bilərəm deməkdir?
Yəni kassa işçisi bonus kartı əvəzinə Google Pulqabı aplikasiyasındakı həmin barkodu oxuda bilər telefonun ekranını göstərsəm öz cihazı ilə? Bonuslar bu üsul ilə də toplana bilir yəni?
Zəhmət olmasa bilənlər cavab yazsın, təşəkkür.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(15:03, 16/11/2022 ) #79420

Yox o sadəcə marketdə kassada təqdim etmək üçündür. Wallet = bir yerə toplayan.
Avtomatik nəzərə alması da əlbəttə əla olardı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:11, 16/11/2022 ) #79421

    Başa düşmədim, kassada niyə təqdim edim əgər bonus kartı kimi istifadə edilə bilməyəcəksə, yəni sualım bu idi ki aplikasiyaya əlavə olunan həmin barkod nə işə yarayacaq?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:09, 16/11/2022 ) #79425

      kassada niyə təqdim edim əgər bonus kartı kimi istifadə edilə bilməyəcəksə
      Təqdim etməsəniz cashback kartınıza necə oturacaq bəs? Hazıda nəyi təqdim edirsinizsə(app-dakı barkod və ya fiziki loyallıq kartı), onun əvəzinə google walletdə həmin kartı açıb göstərirsiniz kassada.

      Adı üstündə – Wallet.
      Loyallıq kartlarının tarixi çoxdur, və insanlar hər zaman kartları portmanatlarında daşıyırdılar. Sonra elektron vasitələr çıxdı və başladılar deməyə ki, kartı əlavə edin bizim proqrama, elektron portmanata(walletə) və o qədər kartı özünüzlə daşımaq məcburiyyətndə qalmayın. Və ya hərəsinə aid ayrıca app qurmayın, hamsı bir arada olsun.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:40, 23/11/2022 ) #79433

Software Developer, yəni bilmək istəyirdim ki Google aplikasiyasındakı həmin barkod kassada oxudulanda bonuslar toplanacaq Araz market bonus balansıma ya yox. Sualda axırda yazmışdım. 😀

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:08, 23/11/2022 ) #79434

    Təbii ki oxudacaq, necə oxutmaya bilər ki? Barkod barkoddur hər yerdə.
    Mən məsələn nə kart nə də app istifadə etmirəm.
    Eləcə barkod hissənin şəklini screenshot etmişəm telefonda ekranda əl çatan yerdə, hər dəfə o şəkli açıb göstərirəm marketlərdə hərəsinə uyğun. App və kart olmadan. İndi bu vallet də eyni şeyi edir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (2 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (3 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (3 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (3 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (16 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (16 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (16 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024