Reklam Saytı açmaq istəyirəm.

Salam, mən reklam saytı açmaq istəyirəm. Məsələn, nümunə olaraq, bu saytları: http://www.2el.az , http://www.maxi24-az.com göstərə bilərəm. Bilən və ya belə bir sayt aça bilən şəxsə varsa, xahiş edirəm, kömək etsin.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

BayBak (2016-01-04 22:26:36)
saytların qurulması haqqında bloq yazılarına da göz atın: http://www.web.com.az/bloq/ (yardım kimi) Ancaq ingilis dilini bilmədən bu iş olmaz (Ya da yaxşı məbləğdə kapital ayırın)

Mr_Ramil (2015-02-23 13:52:57)
Salam Reklam və Elan movzusunda eləcədə digər layihələrin reallaşmasinda sizə dəstək ola bilərik. Bizimlə işləmək istəsəz buyura bilərsiz. Ünvan : Q.Qarayev 37/70 Əlaqə: +994 12 422 14 36 support@glasshost.az sales@glasshost.az

marmeladze (2014-09-14 21:00:53)
bir az mövzudan kənar olacaq, amma gərək yazım. azdan-mazdan təhsilim var, bir o qədər də özüm ordan-burdan maraqlanıb öyrənməyə çalışmışam; 5-6 illik iş kimi təcrübəm var, proqramlaşdırma sahəsində. onundan pis də olsa, beşindən yaxşı bilərəm yəqin ki, bu sahəni. amma bir dəfə də olsun, bu biliklərimə güvənib deməmişəm ki, belə bir sayt açım, belə bir proqram yazım; bəlkə də mənim çatışmazlığımdı bu. ancaq hər bir işin incəliklərini azdan mazdan öyrənəndə görürsən ki, "bu xına, o xınadan deyil". heç vaxt görməmişəm ki, ədəbiyyat nəzəriyyəsini yaxşı bilən, bir o qədər də bədii/fəlsəfi mütaliəsi olan adamlar durub desinlər ki, "çevrilmə"ni, o cəhənnəm, "dəmirdabanı"ı yazacam. ya nə bilim, 20-30 ilini ciddi, sistemli akademik araşdırmalara həsr eləmiş adamlar gördüm - heç biri marks ya hegel olmağa iddialı deyil. necə deyərlər, "knowledge is virtue". ancaq burda tez-tez görürəm, proqramlaşdırma haqda primitiv məlumatı olmayanlar bu cür istəklərdə bulunurlar; kimsə sosial şəbəkə açmaq istəyir, kimsə maşın tərcüməsi sistemi yaratmaq istəyir, bu yoldaş reklam saytı açmaq istəyir. eləcə də məktəb vaxtı şeir yazanlar 20 yaşında nobellik roman yazmağa, üst-üstə qoysan öz boyuna çatacaq qədər kitab oxumayanlar nitsşe, sartr olmağa iddialı olurlar. nəsə qəribə şakərdir. bunu ittiham kimi səsləndirmirəm - buna həddim də çatmaz. ancaq hər şeyin bir yeri, bir də vaxtı var. böyük hədəf yaxşı şeydir - ancaq həmin hədəfə çatmaq üçün əvvəlcə yeriməyi də öyrənmək lazımdır axı? və yeriməyi də ona görə öyrənmirsən ki, filan yerə gedəsən - o özlüyündə, özünü təsdiq eləyən aktdır. proqramlaşdırmanı google düzəltmək, ya facebook qondarmaq üçün öyrənmək, proqramlaşdırma öyrənmək deyil. proqramlaşdırmanı öyrənmək sadəcə yeni nəsə öyrənməkdir - kompüterin içində gedən prosseslərə hakim olmaq, yeri gedəndə müdaxilə eləmək, onda təzə formalar yaratmaq vəs. bunları tam-təkmil bacarandan sonra, hə, demək olar ki, mən filan cür şey eləmək istəyirəm. lazım bilsən məsləhət də alarsan ki, filan işi görmək üçün hansı framework yaxşıdı vəs. nə bilim ee -))

Kohne_Dinick (2014-09-13 21:02:27)
He, duzdur, taninmis reklam sayti acmaq ucun coxlu meblegde pul lazimdir. Cunki evvelce o sayti bir sozle internetde reklama qoymaq mobilik ve diger onin kimi reklam sistemlerinde web saytlarda ve diger taninmis yerlerde reklam vermek lazimdir. Domen keyfiyyetli bahali serverden hostingse dagilmayan suretli serverden olmalidir.

Namazov Ismayil (2014-09-13 18:18:35)
Sadə iş deyil axı burda kömək edə b bilək. Ilk öncə Hosting, domen almaq lazımdır. Daha sonra isə saytın scriptini hazirlatdirmalisiz. Buda ucuz başa gələn deyil..