Sayt ideyası və reklam modeli məsləhəti – Bir fikrim var

Salam .
Bir fikrim var onu danışım sizə .Fikirlərinizi bilmək istəyirəm .
Fikrim odur ki – Sayt yaradım ,Rus dilində .Adi bir sayt ,günlük yenilənmə tələb etməyən (məsələn internet pul qazanmaq ,illik bürclər flan )) ) .Və bura reklam qoşum .Aydın məsələdi Google adsense çox zəhlə tökəndi .Ümumiyyətlə Google Adsense özünü qaldırıb qoyub dağın başına .Ama başqaları təbii çoxdu həmdə rahat qəbul edir saytı .
Bəli deyək ki sayt hazırdı və reklamlarda var .Qaldı reklamlara klik olunması .Seosprint ,profitcentr kimi saytlar var ki mən orda baxmışam həmçinin bir müddət işləmişəmdə orda .Zadaniyalar bölməsində tapşırıqlar var ki flan sayta gir 3-4 səhifə aç ,daha sonra reklam bannerinə klik et çix .Əvəzində isə çox az pul verirlər .Ortalama 0.60 rubl pul .Buda manatla səhv etmirəmsə 0.015 qəpik edir .Bu tip saytlar çoxdu .0.60 rubl qarşılığında isə bu işi görmək istəyənlərdə çoxdur o saytlarda .Fikrim bu idi .Sizin fikirləriniz və məsləhətlərinizi eşitmək çox xoş olar .Təşəkkür edirəm 🙂


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(15:55, 28/02/2019 ) #74440

Google Adsense özünü qaldırıb qoyub dağın başına – bir az uşaq yanaşmasıdır. Səbəb-nəticəyə baxın. Bazarın az qala hamısı Adsense-in əlindədir. Bunu məhz keyfiyyəti hesabına qoruyur, hər istəyənə reklam versəydi indiyə çoxdan düşmüşdü zirvədən.

Bəli deyək ki sayt hazırdı və reklamlarda var .Qaldı reklamlara klik olunması – Məncə daha yaxşı olar ki, reklam modellərinin işləməsi və.s. barədə bir az daha qəşəng araşdırma edəsiniz. Reklama bax çıx, zadaniya və.s. – bunlar internetdəki dələduz spammerlərin, piramıdaçıların və.s. istifadə etdiyi yöntəmlərdir. Zadaniyaya görə sizə reklam verən dəlidir bəyəm pul versin?

Siz reklam verən olsaydınız, internetdə boş bekar oturan adamların sizin reklama 5 saniyə baxıb çıxıb əvəzinə pul almasına cibinizdən nə qədər pul verərdiniz? – əminəm ki 1 qəpik də verməzdiniz, hansısa qəribə bir səbəbdən versəydiniz də müflis olardınız.
Başqaları da avam deyil, ona görə də onalr da vermirlər. Siz deyən tip pul verənlər isə dələduzlar, piramıdaçılar, spammerlər və.s.-dir – hətta pul versələr belə pulu başqa yollardan qazanıb şəbəkələrini ayaqda tutanlar.

Ümumiyyətlə internetin populyarlığı internetin olduğu dövrdə yetişən nəsildə əmək-pul münasibətlərinə dair ciddi yanlışlar formalaşdırıb. Qardaş, pul qazanmaq üçün nəsə etmək lazımdır, dəllallıq, ticarət, hiylə, xidmət, istehsal və.s.
Heç kimin heç bir işinə yaramadan pul qazanmağa inananlar yuxarıda dediyim yollardan biri ilə pul qazananların havayı xidmətçisinə çevrilirlər, özlərinin də xəbəri olmadan.

Ən sonda, gələk təməl fikrinizə, yenilənmə tələb etməyən adi bir sayt – bu metod artıq işləmir. Bu təxminən 10-15 il əvvəl işlək olan bir şey idi.
Google və digər motorların SEO-ları süni intellekt sayəsində elə bir mərhələyə qədəm qoyublar ki, nəinki 10, hətta 2 il əvvəlki metodlar belə işə yaramır.
Siz elə bir sayt düzəldib işə salın, Google-a da sitemap zad təqdim edin – 3-4 ay sonra baxıb görəcəksiniz ki 100 gün keçib və saytınıza 100dən daha az adam gəlib. Yəni günə 1 nəfərdən də az. Onun da 70%-i botlardır.
Və hətta leqal reklam qoysanız belə, gəlir təbii ki 0-dır.

İndi SEO-nun işləməsinin bir ana təməli var – User intention – yəni istifadəçi məqsədi, fikri – loru dildə desək, istənilən istifadəçi bir məqsədə çatmaq üçün axtarış edir, saytı tapır, keçid edir – əgər keçid edilən sayt bu məqsədə uyğundursa (saytda qalma müddəti. o saytı paylaşıb paylaşmaması, bookmark etməsi, sonra bir daha ora qayıtması və.s. kimi şeylərlə təyin edilir), o sayt Google SEO-da çox yüksək dəyər almağa başlayır. Əks halda isə düşür qara siyahıya və axtarışda ilk səhiəflərdə çıxmır.
Sizin dediyiniz daim yenilənməyən sayt isə heç bir zaman user-intent standartına cavab verə bilməyəcək. Çünki insanların məqsədlərinə çatması üçün sayt qurursunuzsa, bu sayt daim yenilənən, geniş, faydalı, aydın məzmunlar və ya xidmətlər içərən bir şey olmalıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:21, 01/03/2019 ) #74449

    Çox sağ olun əziyyət çəkib ətraflı məlumat verdiyiniz üçün .Mən 8ci sinifdə oxuyandan mənə qaranlıq qalan suallarıma həmişə ətraflı cavab vermisiz (hazırda 4cü kursda oxuyuram) .Amma sırf bu xasiyyətiniz üzündən heç vaxt kömək etməmisiniz .Məsələn mənə adobe proqramları lazım olduqda məni əxlaq qanunlarınızla tərki-silah edib demisiz ki pullu alın .Etiraf edin ki sizin dedikləriniz 50%50yə doğrudur .Siz mövcud sosial ,iqtisadi vəziyyətimizi nəzərə almadan danışırsız .O ki qaldı bu sayt fikrimə : siz boş şeydi dediyiniz düzdür doğrudur .Amma nəticələr bunu demir axi .Hal-hazırda siz təkcə seosprintə baxsaz mən dediyim formada zadaniyaların sayı 800dən çoxdur .Və nəzərə alın ki bu 800dən çox olan zadaniyalar hər 72 saatdan bir təkrar oluna bilər .Siz dediyiniz doğrudursa bəs bu zadaniyalar niyə var ? nə üçün pul ödəyirlər ? .Həmdəki mən demirəm ki spamer olmaq istəmirəm .Mən pul qazanmaqı deyirəm .

    İkinci olaraq – Siz reklam verən olsaydınız, internetdə boş bekar oturan adamların sizin reklama 5 saniyə baxıb çıxıb əvəzinə pul almasına cibinizdən nə qədər pul verərdiniz?

    Müəllim siz yenədə düz deyirsiz .Amma paradoks yaranır yenə .Mən hal-hazırda məşğul olduğum və aylıq 400manata yaxın qazandıqım bir şey barədə danışım sizə .Və onuda deyim ki bu gəlir aylıq 3000+ qədər ola bilər gələcəkdə .

    Deməli vktarget ,v-like ,vkstorm və s. kimi saytlar vardır ki sosial şəbəkələrdə follow ,like ,youtube subscribe ,like ,unlike və s. kimi şeylərə görə pul ödəyirlər .Bir şeyi etməyə minimum 0.15 rubl pul ödəyirlər .Mənim hazırda 18 telefonum .Mən hər telefonda ayrıca vk,youtube,facebook və s. hesablar açmışam .Və hər telefonda ayrıca bu saytlarda işləyirəm .Bir telefon ortalama günlük mənə 30 rubl qazandırır .10 telefon – 300 rubl ,20 telefon – 600 rubl .Və onuda deyim ki bunu mən gündə 3-4 saat işləməklə edirəm .Və onuda deyim ki mən bu pulları sizin daim pislədiyiniz ,vaxt itkisi dediyiniz saytlardan qazanıram .

    Bəs bu qədər ağılsız adam niyə var ?

    Sonda isə mən sizə təşəkkür edirəm .Siz həmişə mənə kömək etmisiz ,hətta ingilis dilinidə ilk əvvəllər sizin xaricidil.net saytından öyrənmişəm

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:06, 01/03/2019 ) #74452

      “Etiraf edin ki sizin dedikləriniz 50%50yə doğrudur. Siz mövcud sosial ,iqtisadi vəziyyətimizi nəzərə almadan danışırsız” – Sosial vəziyyəti pis olan bir adamın gəlib sizin evdən oğurluq etməsinə haqq tam vicdanla qazandırarsınızsa, ondan öz halal malınıza geri istəməzsinizsə, o halda bu barədə məsələ aydındır, və başa düşülür ki niyə mənim fikrimlə razı deyilsiniz.
      Məsələn mən özüm yadıma gəlmir son dəfə desktop proqrama nə vaxt pul vermişəm – hər zaman pulsuz və qanuni alternativ tapmışam çünki. Photoshop bahadır, Gimp istifadə edirəm. Gimp photosop qədər yaxşı deyil? olsun, əgər mənə gimp-dən daha yaxşısı lazımdırsa, photosop almalıyam, ala bilmirəmsə gimp bəs etməlidir. Məntiq çox sadədir. Haqqa girməyin ki, haqqınıza girən olanda etiraz etməyə diliniz olsun.

      Siz dediyiniz doğrudursa bəs bu zadaniyalar niyə var ? nə üçün pul ödəyirlər ?
      Təkrar edirəm. Əmtəə-pul münasibətləri haqqında bir az daha ətraflı oxumanızı tövsiyyə edirəm. Çoxdur belə sadə iqtisadi anlayışları izah edən məqalələr – bilməmək eyib deyil, doğurdan eyib deyil. Sadəcə öyrənib daha yaxşı anlayıb daha uğurlu olmaq lazımdır.
      Dediklərinizdən belə görünür ki, təşəbbüskar ruhu olan, məhlə dilində desək, dvijeniya etməyi bacaran bir gəncsiniz, o halda niyə bunu daha ağılla edib 10-100 qat iri həcmdə qazanmayısınız ki? Doğurdan da hesab edirsiniz ki, mənbəyi bilinməyən bir pul şəbəkəsindən cüzi miqdarda pul almaqla hər hansı inkişafa nail olacaqsınız?

      NƏ ÜÇÜN PUL ÖDƏYİRLƏR sualınızı özünüzə sormalısınız məncə. Bu suala cavabınız olmalıdır mütləq. Bəlkə tutaq ki (yəqin ki, elə deyil, şərti olaraq deyirəm, məsəlçün) terror şəbəkəsidir, bu yolla sizin telefonları şəbəkələrinə qoşub hər hansı cinayət işlərində istifadə edirlər? Və sizə görünən tərəfdə olan bu reklam, zadaniya və.s. şeylər sizi sadəcə aldatmaq üçündür və telefonunlarınızı internetə bağlı şəkildə öz proqramlarını qurulu halda tutmaqla background process kimi çirkli işlər görürlər? Bunu mən məsəl üçün deyirəm, amma inanın ki real bir şeydir və internetdə çoxdur bu tip maskirovkalı cinayətkar şəbəkələr.
      Gələk sizin zadaniya dediyinizə – bu tip saytlar iki cür pul qazanır, ya dediyim maskirovka ilə başqa çirkli işlərdən, ya da fırıldaq işlərdən. Məsələn fake account, fake like, fake follower, seo qaldırmaq üçün fake visit və.s. bunlardan fake sifarişini edənlərdən pul alırlar, qara işi görənlərə(yəni bu durumda sizə) cüzi pul ödəməklə bu fırıldaq işdən müəyyən pulu da özləri qazanırlar.

      “Bəs bu qədər ağılsız adam niyə var?”
      Onlar ağılsız deyil 🙂 Sadəcə çirkli yollarla pul qazanmağı özlərinə məslək seçən insanlardır.

      Bir də təkrar edim ki, bu barədə yazdıqlarım fikirlər təhrif olmasın: mən dəfələrlər bu mövzuda suallara cavab verərkən qeyd etmişəm ki, pul qazanılma halları olur bu tip şeylərdə, əsla demirəm ki, hamısı sizi aldadır və pul vermir. Sadəcə iş iş deyil, qazanc qazanc deyil, perspektiv və gələcəyi yoxdur, sizi inkişaf etdirmir, sizin gördüyünüz iş hissəsi sizə bəlkə normal görünsə belə, ümumi biznes model özü fırıldaq və çirkli işlər üzərində qurulub, saxtakarlıq və aldatma məsələlərinə xidmət edir və.s.
      Belə olan hallarda sizin yaşda bir insan niyə öz gələcəyini düşünmək və bu yöndə özünü inkişaf etdirmək əvəzinə, bu tip işlərə ömrünü sərf edir? Məncə məlumatsızlıqdan da ola bilər bu, və yaxud da bugünün ehtiyacını ödəmək hissindən. Yəni bu gün mənə pul lazımdır, maraqlı deyil perspektivlidir və ya deyil, əsas odur pul olsun bu gün üçün , mən də dolanım – sabah nə ola ola – belə yanaşan insanlar adətən ömürlərinin sonuna qədər öz sosial rifahlarını yaxşılaşdıra bilmirlər. Çünki eyni labiririntdə dövrə vurmaqla məşğuldurlar.

      Ümid edirəm ki fikirlərimin bir faydası olacaq.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:48, 05/03/2019 ) #74506

    Hətta mənim yadıma gəlir illər əvvəl ingilis dilin öyrənməyə başlayanda xaricidil.net saytındakı videoların çox köməyi olmuşdu mənə .Mən hər öyrənəndə təşəkkür etmək üçün e-maildə yazmışdım ki sayta adsense qoyun ki mən hər dəfə girib öyrəndikdə təşəkkür etmək üçün reklama klik edim .Siz ondada indi ki fikirlərinizi demişdiz .Yadımdadı qardaşımla ikimizdə sizin cavabınızı oxuyub bir-birimizə demişdik ki “qəribə adamlar var” :))

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:35, 05/03/2019 ) #74514

      🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (7 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024