Payoneer kart ilə paypal-da qeydiyyat

Salam. Oxşar sual verilib saytda ancaq həmin adamdan xəbər çıxmadı sonra :) Payoneer kart ilə paypalda qeydiyyatdan keçmək mümkündürmü. Qeydiyyatdan keçəndən sonra təstiqlənmə kodunu almaq olurmu ? Məlum məsələ, bizim bank kartları ilə paypaldan pul qəbul etmək olmur onun üçün lazımdır.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Zahir (2015-10-07 09:56:19)
Salam men payonerden pul cixarmisam amma paypaldan mummkun olmadigina gore bilmek iterdim payoner hesabini paypala veya paypaldaki pulu payonere transfer etmek olur ya yox

E. Hacı (2014-10-03 10:12:28)
Paypala aid idi dediklərim. Cəhd edə bilərsiz dediyinizə, internetdə sadəcə qeyri merchant account olaraq pul qəbulunun alınan iş olması haqda oxumuşdum, amma kim cəhd edibsə sonra alınmayıb xəbər də çıxmayıb ki niyə alınmadı

Toğrul (2014-10-02 21:34:20)
Bir yerdən odəniş qəbul etməli olanda. Yalnız US hesabına pul köçürürsə payoneer kart alıb onun vasitəsiylə qəbul edə bilərəm ödənişi? Bu dedikləriviz ünvan filan paypala aid idi ancaq yoxsa payoneer hesaba girəndə də belə olur

Toğrul (2014-10-02 18:19:24)
Sağ olun. Tək paypala görə istəmirdim payoneer. US bankında hesab lazım idi. Dediklərivizdən sonra almaq fikrindən daşındım :) Alternativ var US hesabı üçün. Tanışdan başqa

E. Hacı (2014-10-02 06:54:15)
Olmur necə nəfər yoxlayıb indiyədək sonra siz deyən kimi səs çıxmayıb heç birindən. Elə məndə də var payoneer, amma yadımda deyil hansı səbəbdən, heç cür alınmadı o vaxt paypala qoşmaq. Paypala qoşmaq bes etmir həm də, sonrakı kaprizleri də çoxdur, məsələn ünvan kimi də xarici ölkə qeyd etməlisiz, qəfil məktub yazıb sizdən evinizin ünvanına uyğun işıq pulu qəbzinin skanini istəyə bilir. Ki isbat edəsiz ki ordan girmisiz. Buradan həmin hesaba girmək də olmur, girən kimi başa düşür ki Azərbaycan ərazisidir, hesab hack edilib şübhəsi ilə blok edir. Çox kaprizli və həssas bir sozle. Ona görə də ya bu işi etməmək, ya da xaricdə yaşayan tanısa etdirmək lazımdır.

Dual_Encore (2014-10-02 02:48:22)
Payoneer hansi bankin kartidirki ?