Mən Amerika saytından sifariş edəndə bu billing adresə hansi ünvanı yazmalıyam axı?

Mən Amerika saytından sifariş edəndə bu billing adresə hansi ünvanı yazmalıyam axı? Kartı aldığım bank filialının ünvanını mı, şəxsiyyət vəsiqəsində qeyd olunan ünvanı mı ya hər hansı başqa bir şey? Qeyd edim ki, ödənişi PayPalla edirəm. Çünki, sayt birbaşa kartdan ödənişi qəbul etmədi. Camex-in Amerika ünvanını yazmaq da bir seçimdi, lakin ödənişi PayPalla etdiyim üçün Camex-in Amerika ünvanının aşağısında ökə olaraq Azerbaijan yazılır və bu da anlaşılmazlığa səbəb olur. PayPalda lokasiyaya US yazsam və yenə hər hansı problem çıxsa, refund qəbul edə bilərəm mi?

Əlavə olaraq onu qeyd edim ki, billing adress-ə Azərbaycan ünvanı yazsam, sayt 3-lü danışıq (Conference call) (Sayt – Mən – Bank) tələb edir təsdiq üçün.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(19:27, 25/09/2018 ) #72883

Alış-veriş etdiyiniz saytı həmçinin üçlü danışıq və s. bölümü screen edib bura atsaz daha yaxşı olardı. O ki qaldı billing adresinə ora şəxsiyyətinizdə qeyd olunan ünvan yazılmalıdı. Çünki bankdan plastik kart açdıranda adres olaraq sizin yaşadığınız ülvan qeyd olunur.

Paypalda lokasiya dedikdə billing lokasiyasını nəzərdə tutursunuzsa US etsəniz yenədə refund ala bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:34, 25/09/2018 ) #72885

    hottopic.com

    https://imgur.com/a/jsQRxxn (1)

    https://imgur.com/a/KFboJrS (2)

    https://imgur.com/a/fDFxgEd (3)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:06, 25/09/2018 ) #72889

      Qısaca olaraq sayt almaq istədiyiniz malı ləğv edib. Səbəb kimi billing adresiniz bank kartınızın billing addresiylə tutuşmadığını yazıb. Əlavə olaraq deyib: Bizimlə əlaqə saxlayıb kartı aldığınız bankın adını və onların nömrəsini verin. Onlara zəng edib billing adresinizi doğrulayacıyıq Və telefonla danışdıqdan sonra ancaq bankınız təstiqlədiyi billing adresinə malı göndərə bilərik yazıb. Ayrıca sizdən pul çəkilməyib(sadəcə pul bloklanıb) və 5-7 gün içində pul yenidən kartınıza qayıdacaq yazılıb.

      Ümumiyyətlə bu kimi kiçik və bilinməyən saytlarda billing adresi və digər şeylər həmişə problemli olur. Məsləhət görürəm amazon.com ebay.com kimi böyük saytlardan alış-veriş edəsiniz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:44, 25/09/2018 ) #72886

    Shipping adress-ə Camex-in Amerikadakı ünvanını, billing adress-ə “Baku, Nesimi, Azadlıq prospekti 95, AZ1007” qeyd etmişdim. Onu da deyim ki, şəxsiyyət vəsiqəmdəki ünvan deyil bu.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:47, 25/09/2018 ) #72888

    Əgər PayPalda yeni bir profil açıb, ölkəni (billing adress yox) US qeyd etsəm, onda da refund ala bilərəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:13, 25/09/2018 ) #72890

      Qətiyyət paypaldan yeni profil açıb ölkəni US etməyin. İp adresinizdən hesabınız bloklana bilər ayrıca US paypal hesabına azərbaycan kartını əlavə etmək olmur. refunda ehdiyac yoxdu. pulunuz kartınıza qayıdacaq. məbləğ kartnızdan çəkilməyib sadəcə blok olunub və bu pul kartınza yaxın müddədə qayıdacaq. məsləhət görürəm amazon.com kimi böyük saytlardan alın almaq istədiyiniz malı. problem yaranmayacaq bu halda.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:20, 27/09/2018 ) #72910

    Online shopping saytından sifariş edərkən Paypalda billing adressi Camexin Amerikadakı adressi olaraq qeyd etdim. Ödənişi PayPalla etdiyim üçün təbii olaraq shopping saytındakı billing adress də Camexin Amerikadakı ünvanı oldu. Lakin PayPalda ölkəni Azərbaycan işarələdiyim üçün ünvanda uyğunsuzluq yarandı və shopping saytı sifarişi ləğv etdi. Daha sonra PayPalda sırf bu uyğunsuzluğa görə “error” bildirişi gəldi və mən kartın billing adressini Azərbaycana məxsus əraziyə uyğun dəyişdirdim və “error” aradan qalxdı. Lakin, məni bir sual maraqlandırır, sırf bu PayPalda billing adress dəyişikliyinə görə məbləğin geri qaytarılmasında problem ola bilər? Axı mən başqa billing adress-lə sifariş etmişəm, hal-hazırda isə dəyişmişəm. Çox sağ olun.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:14, 27/09/2018 ) #72919

      Xeyr ola bilməz. Paypaldan göndərmisinizsə pulu paypal.com a girib öədiyiniz pulun üzərinə tıklayıb daha sonra dispute açın.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:15, 25/09/2018 ) #72891

Çoox sağ olun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (16 saat əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (1 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (1 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (1 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (1 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (1 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (3 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (3 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (13 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (14 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (14 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (14 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (14 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (22 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23233 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024