PayPal və pul köçürmələrinin alınması

Salamlar,
Saytınızda PayPal-a aid sual-cavablardan aydın olur ki, PayPal Azərbaycan banklarına bağlı olan PayPal hesabları ünün pul köçürmələrini dəstəkləmir və hal-hazırda Azərbaycan vətəndaşı üçün öz hesabına (xaricdə yaşayan dost-tanışın yox) pul köçürülmələrin alınması yeganə üsulu PayPal ödəniş sistemi dəstəkliyən xarici ölkədə bank hesabı açmaq və yeni PayPal hesabı açaraq, ölkə seçimində Azərbaycanı yox, xarici ölkəni seçməkdən ibarətdir.
Lakin pul köpürmələri almaq üçün PayPalın biznes hesabı (PayPal for business ) açmaq lazımdır. Bu seçimi etdikdə isə, qeydiyyat üçün biznesin ünvanın və biznes sahibinin vətəndaşlığının qeyd olunması tələb olunur.
Bununla bağlı suallarım:
PayPal ödəniş sistemi dəstəkliyən xarici ölkədə bank hesabı olmasına baxmayaraq
1. Biznes ünvanı Azərbaycanda olmasını qeyd etmək olar mı?
2. Vətəndaşlığa aid qeydiyyat bəndində Azərbaycan vətəndaşlığını qeyd etmək olar mı?
3. Əgər birinci və ikinci suallara cavab “Xeyr”-dirsə, ünvanı və vətəndaşlığı bank hesabına aid olan xarıci ölkəni göstərmək olar mı?
4. Əgər üçüncü suala cavab “Bəli”-dirsə, PayPalın qeydiyyat qaydaların belə bir pozulmasının açılmaq ehtimalı var mı?
Cavablar üçün qabaqcadan təşəkkür edirəm,
Hörmətlə,
Murad Sultanov


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(02:43, 02/10/2014 ) #48016

bu problemi yasayanlardan biri olaraq deyirem ki, meslehetdiki ele xarici olkede paypali desteleyen hesab acdir. basqa yolu yoxdu

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:44, 02/10/2014 ) #48017

birde mence pul kocurme sistemlerinin monooliyasi heleki imkan vermiyecek bu prosese tam kecid olsun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(06:59, 02/10/2014 ) #48023

1. Xeyr
2. Yəqin ki he. Vətəndaşlıq problem deyil.
3. Yalançı ünvan keçmir. Çünki o ünvana məktub da göndərə bilər təsdiq kodu filan, o ünvana aid hansısa kommunal ödəniş çekini də istəyə bilər sizdən (real şeydir, məsəlçün demirəm), başqa ölkədən məsələn Azərbaycandan hesaba girdikdə IP ünvana görə hack edilib şübhəsi ilə blok da edər və s.
4. Əgər nəsə qaydasında deyilsə mütləq üzə çıxaracaq uzun uzun yoxlamalari ilə.
Türkiyədə yaşayan tanış vardı açmışdı biznes hesab. Azərbaycana gələndə belə gire bilmirdi Paypal hesabına, bir dəfə girən kimi blok etmişdilər, əziyyətlə unblock etdirdi. Məcburən remote bağlantı ilə filan girirdi Türkiyədə açıq qoyduğu kompüterine baglanaraq. Amma sonra o da keçmədi, başqa yoxlamalarla bildilər ki artıq Türkiyədə yaşamır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:07, 02/10/2014 ) #48028

    Ətraflı və peşəkar cavabınıza görə təşəkkür edirəm.
    Hörmətlə,
    Murad Sultanov

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Hər hansı tibbi mərkəzdə pasiyentin səhətinə zərər dəyibsə bunu hansə qurumlara şikayət etmək daha effektiv olar? (6 gün əvvəl)

E. Hacı cavab verdi - 2025-ci il yanvarın 1-dən illik 45min manatadək gəliri olanlar üçün 5% vergi bərpa olundumu? (6 gün əvvəl)

E. Hacı cavab verdi - Elektron servis xidmətləri (22 gün əvvəl)

cavaninsan cavab verdi - Amerika səhmləri (31 gün əvvəl)

Software Developer cavab verdi - Amerika səhmləri (32 gün əvvəl)

SN cavab verdi - Kripto vergi (40 gün əvvəl)

Nicat97 cavab verdi - ilkaddimlar.com-a nə oldu? (47 gün əvvəl)

nicatmemmedli cavab verdi - Proqramlaşdırma - fəlsəfə (51 gün əvvəl)

nicatmemmedli cavab verdi - ilkaddimlar.com-a nə oldu? (51 gün əvvəl)

Software Developer cavab verdi - ilkaddimlar.com-a nə oldu? (61 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (71 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (72 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (72 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (72 gün əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (73 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23311 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025