salam mən internetdən çoxlu mal alıram. və mal yasamala bizim poçta gəlir və orda həddindən artıq çox pul alırlar
əgər mən malı mərkəzi poçta gətizdirsəm orda belə biyabırçlıq yoxdu ki?
və mən yasamala yox mərkəzi poçta gətizdirsəm problem olmaz ki
yəni oz poçtumuzun indeksini yox mərkəzi poçtun indeksini yazım
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Hardan alırsız alın fərq etməz, əsas bir şeyi edin: verdiyiniz pulun çekini istəyin, vəssalam. Konkret tariflər var, o tariflər üzrə alırlar hər yerdə. Əvvəllər çox ucuz idi, indi hə bahadır, 80 qəpikdən başlayır arta arta gedir ölçü və çəkiyə uyğun.İndiyədək xeyli yerdən almışam şəhərdə və rayonda, heç vaxt əlavə pul istəməyiblər, hər yerdə dəqiq tarif ilə alıblar pulu.
Mərkəzi poçtun indeksini yazsanız yenə də gələcək evinizə, özləri tapacaqlar. Siz əgər mərkəzi poçtun özündən götürmək istəyirsizsə onda ev ünvanı olaraq mərkəzi poçtun ünvanını göstərin, indeks də oranı göstərin(Az1000, filankəs küçəsi ev filan, Merkezi Poct), Ad soyad özünüzkü olsun bir də telefon nömrəsi. Belədə mərkəzi poçt sizə zəng edəcək mal gələndə, ki gəlin götürün.
Sual verin
Cavab verin