bank kredit FIFD

Salam. bank kreditləri ilə maraqlanırdım.
Kreditin məbləği: Mаks. 5000AZN
Müddət: 6-36 ay
Faiz: illik 32%
FİFD min. 39,12% – max. 50,72%
burda yazılanlardan FİFD mənə çatmadı o nəyin faiz dərəcəsin göstərir? Məsələn 5000azn götürdüm 2illik. Bir ilə 32% yazıldığın nəzərə alsaq 2ilə 3200azn eləyir? Bəs burda FİFD nə rol oynayır? Birdəki 5000azn 2illik kreditə 8200azn eləyir tutalım (bəlkədə düz hesablamıram). bunun kreditini hər ay ödədikcə banka olan borc azalır. Biz bu zaman banka qalan borcun faizi yenidən hesablıyıb qaytarırıq ya 8200azn-ın? yəqinki fikrimi aydın yazdım)))


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(20:32, 13/10/2014 ) #48397

Bildiyim qədəri ilə FİFD – Faktiki İllik Faiz Dərəcəsidir, ilk baxışdan sadə görünür, ancaq işin içinə komisiya və bank xərcləri qarışınca FİFD böyüməyə başlayır. Daha ətraflı buradan oxuya bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:27, 13/10/2014 ) #48399

Bir az ətraflı cavab verim: internet resurslarının əksəriyyətində kredit kalkulyatoru ilə asanlıqla hesablamaq olar ki, 5000 AZN kredit 24 aya 32% azalan illik dərəcə ilə verildikdə bu kreditin aylığı 284.74 AZN (əgər bu məbləğin necə hesablandığını da bilmək istəyirsinizsə, onun da düsturunu verə bilərəm) edir. Siz 24 aydan sonra banka heç bir gecikmə və tələsmə olmazsa, 284.74 * 24 = 6833.76 AZN qaytarmalısınız. Deməli, Siz götürdüyünüz 5000 AZN əvəzində 6833.76 AZN banka pul qaytarırsınız ki, bu da faktiki olaraq (6833.76 : 5000) * 100% = 136.6752% edir, yəni 2 il ərzində götürdüyünüz 100%lik məbləği 136.6752% – 100% = 36.6752% artıqlaması ilə geri qaytarırsınız. Burada çətin olan heç nə yoxdur, FİFD = 36.6752% olması məncə, aydındır.

Amma bir ƏMMA var, hər şey yuxarıda sadə görünür, fəqət əslində bankların müəyyən qədər bir fırıldağı da var.
İndi hesab edək ki, krediti götürdüyünüz bankın krediti götürmək üçün bank xərci 4% və komissiya haqqı 1% nəzərdə tutulub, yəni Siz 200 AZN bank xərci və 50 AZN komissiya haqqı da ödəməlisiniz, əgər Siz gözüaçıq olub, bu məbləği kassada nəzərə alınmamasını tələb etməsəniz, bu halda Sizə 5000 – (200 + 50) = 4750 AZN kassadan pul veriləcək, 5000 AZN yox! Yəni kassaya 250 AZN Siz verirsiniz, o Sizə 5000 AZN verir. Sual oluna bilər ki, bunun nə fərqi var ki, 250 AZN verdim, 5000 AZN aldım və yaxud birbaşa 4750 AZN aldım?! Cavab: ilk baxışdan heç bir fərqin olmadığını görünür, amma burada artıq bank Sizi aldadıb, 250 AZN üstəgəl hər ay da onun faizləri məbləğində irəli düşdü. Fikrimi daha aydın izah edim:

Faktiki olaraq kassadan 4750 AZN və əlinizdə aylıq ödəniş cədvəliniz 284.74 AZN olan kağızla ayrılırsınız. Sual verirəm: İllik faiz dərəcəsi neçə faiz olmalıdır ki, bank və komissiya xərcləri olmadan 4750 AZN krediti 24 aya 284.74 AZN olsun?! Hesablasanız görəcəksiniz ki, burada FİFD = 37.6871% edir. Fərqi gördünüzmü?! İlk halda FİFD = 36.6752%, ikinci halda FİFD = 37.6871% oldu, yəni bank və komissiya haqqını bank kreditin içinə salmaqla ~1% qabağa düşdü, halbuki ilk baxışda heç bir fərqin olmadığını düşünürdük. Məbləğ böyük olduğundan bank ~1% irəli düşə bildi, amma məbləğ daha az olsaydı, məsələn, 500-1000 AZN onda bank ~10-20% də irəli düşə bilər.

Qaldı ki, sualınızın ikinci hissəsinə: çox ödədikcə nə baş verir? Aylıqdan artıq ödədikcə kredit məbləğiniz azalır, ancaq aylarınızın sayı çox qalır deyə, əvvəlki qrafiklə müqayisədə növbəti aya hesablanan faiz daha az olur. Bunu da internetdə olan kredit kalkulyatorları ilə asanlıqla hesablaya bilərsiniz.

Əlavə sualınız yaranarsa, yenə də cavab verməyə hazıram.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:10, 14/10/2014 ) #48404

    Çox saol qardaş ətraflı yazmısan hər şey ən xırda nöqtəsinə kimi aydın oldu. Təşəkkürlər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (1 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (5 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (6 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (10 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (10 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (11 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (11 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (23 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (23 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024