Salam,
Microsoft Azure işlədənlərə (əgər varsa) bir neçə sual vermək istəyirəm.
1. Vebdən file manager-ə necə daxil ola bilərəm? Deyək ki saytımı Azure-a daşıyıram. Fayllarımı Zip eləmişəm upload edib zipdən çıxarmaq istəyirəm. Bu necə mümkündür. Necə eləmək olar?
2. Şəxsi domain adima email necə açıb, işlədə bilərəm?
3. Upload limiti 8 MB-dı bunu necə artıra bilərəm?
Bilirəm suallar asan deyil bəlkədə amma burda inanıram ki başı çıxan mütəxəssislər vardır və kömək edəcəklər.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Azure işlədən olsa ümid edirəm dəqiq cavablar verər. Qısaca deyim ümumi
1. Elfinder adlı məşhur php application var, onu upload edib istifadə edə bilərsiz.
2. http://azure.microsoft.com/en-us/documentation/articles/cloud-services-custom-domain-name/ bu kömək olarmı?
3. php üçün http://blogs.msdn.com/b/kaushal/archive/2014/01/02/windows-azure-web-sites-file-upload-limit-for-php-sites-hosted-on-waws.aspx
Ümumiyyətlə belə şeylərdə ən yaxşı əlac google-dur, forumlardan nəticələr verir
Sual verin
Cavab verin