İnternet vasitəsilə xaricdən pnevmatik silah almaq mümkündür?

Salam.Amazon.com və yaxud ebay.com dan pnevmatik silah almaq istəyirəm.Bu mümkündürmü?Mümkündürsə necə əldə etmək olar?

Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 12. Xidməti və mülki silahın ixracı və idxalı

I. Xidməti və mülki silahın ixracı və idxalı Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.
II. Xidməti və mülki silahın idxalı onun istehsalına, satışına hüququ və əldə edilməsinə xüsusi icazəsi olan müvafiq hüquqi və fiziki şəxslər tərəfindən silahın sertifikatlaşdırılmasının keçirilməsindən və onun barəsindəki məlumatları Kadastra daxil etdikdən sonra həyata keçirilir. İdxal edilən silahın və onun döyüş sursatlarının damğası və ya standarta uyğunluğu barədə nişanı olmalıdır.


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(13:44, 26/10/2014 ) #48707

Mən gətirmişdim çox böy iş açıldı başımı güc bəla ilə qurtuldum. Hər bir halda saxlayırlar və iş açılır.
Mən pnevmatik tapança gətirmişdim. güllə diametri 3.5mm-dən böyük deyilsə qonuna icazə verilir. Mən də canımı elə bu yolla qurtardım.

Yaxşısı budu bakıdan alın. Heç bir problem yaşamazsız.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:58, 26/10/2014 ) #48708

Bakıda 350 manata olan pnevmatik silahlar saytda 150 dollardı.Mən bilən pnevmatik tapancaya icazə yoxdu amma, pnevmatik “Tir” tüfəngə icazə var?Bunu hardan öyrənmək olar zəng edib.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:18, 26/10/2014 ) #48710

pnevmatik silah qanunla qadağan edilmir ama üstündə tutulsa problem yaranır. bir ara mən də almaq istiyirdim hər yeynən maraqlandım sonda fikrimi dəyişdim))) eşitmişəmki adi bezybol taxtası (bita) üstündə tutulsa problem yaranır indi qaldiki silah tutula)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:07, 17/03/2015 ) #54099

Prevmatik silahlari hardan tapmaq olar?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026