İnternet vasitəsilə xaricdən pnevmatik silah almaq mümkündür?

Salam.Amazon.com və yaxud ebay.com dan pnevmatik silah almaq istəyirəm.Bu mümkündürmü?Mümkündürsə necə əldə etmək olar? Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 12. Xidməti və mülki silahın ixracı və idxalı I. Xidməti və mülki silahın ixracı və idxalı Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir. II. Xidməti və mülki silahın idxalı onun istehsalına, satışına hüququ və əldə edilməsinə xüsusi icazəsi olan müvafiq hüquqi və fiziki şəxslər tərəfindən silahın sertifikatlaşdırılmasının keçirilməsindən və onun barəsindəki məlumatları Kadastra daxil etdikdən sonra həyata keçirilir. İdxal edilən silahın və onun döyüş sursatlarının damğası və ya standarta uyğunluğu barədə nişanı olmalıdır.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Movlan (2015-03-17 12:07:35)
Prevmatik silahlari hardan tapmaq olar?

Bextiyar Azeroglu (2014-10-26 14:18:51)
pnevmatik silah qanunla qadağan edilmir ama üstündə tutulsa problem yaranır. bir ara mən də almaq istiyirdim hər yeynən maraqlandım sonda fikrimi dəyişdim))) eşitmişəmki adi bezybol taxtası (bita) üstündə tutulsa problem yaranır indi qaldiki silah tutula)

macid (2014-10-26 13:58:23)
Bakıda 350 manata olan pnevmatik silahlar saytda 150 dollardı.Mən bilən pnevmatik tapancaya icazə yoxdu amma, pnevmatik "Tir" tüfəngə icazə var?Bunu hardan öyrənmək olar zəng edib.

Cabbarov Sübhan (2014-10-26 13:44:10)
Mən gətirmişdim çox böy iş açıldı başımı güc bəla ilə qurtuldum. Hər bir halda saxlayırlar və iş açılır. Mən pnevmatik tapança gətirmişdim. güllə diametri 3.5mm-dən böyük deyilsə qonuna icazə verilir. Mən də canımı elə bu yolla qurtardım. Yaxşısı budu bakıdan alın. Heç bir problem yaşamazsız.