Samsung Galaxy Note 4 Snapdragon yoxsa Exynos?

Salam Aleykum, bilmək istərdim Note 4 snapdragon yoxsa Note 4 Exynos?? aralarında nə kimi fərqlər var ? hansı daha yaxşıdı?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Cavid Aliyev (2014-11-13 15:05:25)
Mehman Elxanoglu Note 4de Exynosun daha yaxşı olduğunu bildim Təşəkkür edirəm, ətraflı məlumat üçün :)

Mehman Elxanoglu (2014-11-13 12:02:56)
Salam, originaldır, o vaxtı from.ae-dən sifariş vermişdim, o zamanlar bir az baha idi, hal-hazırda səhv etmirəmsə, 422AZN olmalıdır, +5 AZN də qeydiyyat üçün...

Mehman Elxanoglu (2014-11-13 11:59:45)
Sizi çaşdıran nədir axı?! Əgər Note 3 deyirsinizsə, Snapdragon, yox əgər söhbət Note 4 modelindən gedirsə, Exynos... Sadəcə qeyd etmişəm ki, Snapdragonlar daha tez qızır və bu da təbiidir.

MahammedDemirov (2014-11-13 01:49:01)
Salam. Sizin n9005 originaldırmı və neçəyə almısınız?

Usyankar (2014-11-12 23:09:54)
Mən Note 3 N900 və N9005 secim arasinda qalmisam.Oxuduguma gore Note 3 lərdə də Snapdragon ustundu.Bu ismaric casdirdi məni)) Nə məsləhət görərdiniz??

Mehman Elxanoglu (2014-11-12 21:31:49)
Sözün düzü Sizin kimi bu sual mənim özümü də Sizdən az düşündürmür desəm daha doğru olar. Ümumiyyətlə, Snapdragon yoxsa Exynos sualı əksər istifadəçiləri düşündürür. Sözün düzü Note 4 modelinə qədər əksər sintetik testlərdə Exynos Snapdragondan hər zaman az bal toplayırdı, ancaq Note 4də vəziyyət fərqlidir, məsələn, Antutu Benchmark üzərindən Exynos Snapdragondan daha üstün bir vəziyyətə sahibdir (bu haqqda interneti araşdırsanız, kifayət qədər xəbər tapa bilərsiniz). Qalan fərqlərə gəldikdə isə, Snapdragon hər zaman daha üstün bir takt tezliyini sahib olub, Note 4də də həmçinin, amma bu bir tərəfdən müsbətdirsə, digər tərəfdən də mənfidir. Snapdragon daha cəld enerji yığır, amma daha tez istifadə edir, sürətli bir takt tezliyi olduğundan cihazın Exynoslara nisbətən daha tez qızması müşahidə edilir. Şəxsən özümdə Note 3 SM-N9005dir, Snapdragon variantı, bir az güclü qrafikalı appla işlədikdə batareya faizi sürətlə enişə məruz qalır, güclü rejimdə 1.9GHz, gözləmə rejimində Exynos özünün 1.3GHz-ni işlədir, Snapdragonda belə bir seçim yoxdur, istənilən halda eyni GHz... Əgər başqa bir modeldə Exynos yoxsa Snapdragon sualını versəydiniz, düşünmədən Snapdragon cavabını verərdim, ancaq Note 4 məsələsində Exynosun yanındayam, sevindirici hal isə odur ki, daxili bazarımızda satılan Note 4 modelləri Exynosla təhciz olunub.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məsləhətli kernel

samsung galaxy Tab 3 10.1 P5220 haqda

yazını necə qaytarım

Adobe Flash player yükləmək

Samsung Galaxy Grand sd card

Samsung zədəli SD kart açılmır