Iphone 5s – Auction Ebay

Salam, Xahiş edirəm suala kim konkret cavab bilirsə cavab versin çünki çox təcili lazımdır.

Mən Ebay-dan İphone 5S markalı telefonu auctionda qazandım. Telin qiyməti 350 dollardı və telefon USA-da yerləşir. Satıcıyla ətraflı danışdım deyir heç bir problemi yoxdur 6 ay səliqəli işlətmişəm, şəkillərinidə göndərib. Məni əsas iki şey maraqlandırır.

1) Telefon burda hər hansı bir mobil operatoru dəstəkləyəcəkmi? (Satıcıyla bu barədə danışdım dedi problem yoxdur)

2) Auctionda udulmuş hər hansı bir şey (bu telefonu nəzərdə tuturam) gəlib mənə çatandan sonra problemi olarsa mən pulu Paypal vasitəsilə həmişəki kimi problemsiz refund edə biləcəmmi? (Yəni əvvəl bu problemlə rastlaşmışam və pulumu rahat çəkildə refund etmişdim)


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(11:59, 26/11/2014 ) #49731

1. Malın təsvirində və ya başlığında UNLOCKED sözünə fikir verin, o varsa bəli işləyəcək.
2. Təbii ki bilərsiz. Amma bu ucuz mal deyil deyə problem olarsa poçt ilə təzədən Amerikaya göndərməlisiz. Ondan sonra refund.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:04, 26/11/2014 ) #49733

Elvin bey telefon unlocked olunmayıb bunu satıcı özü dedi ancaq dedi problem yoxdu sizdə işləyəcək. Bu elədə problemli məsələ deyil çünki 30 manata bunu World telecom özü edir. Əsas məsələ refund məsələsidi, sizcə mal gəlib mənə çatırsa mən görürəm tel satıcının dediyi kimi deyil və üsdəlik burada işləmir, satıcıdan 150 dollarımın qaytarılmasını istəyirəm, əgər o qaytarmırsa mən Paypal-da disput açıram ki, heç mal gəlib mənə çatmayıb, belə olan təqdirdə pulumu refund edə bilmərəm ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:15, 26/11/2014 ) #49734

    Əgər locked deyilsə və ya kimsə unlock edirsə, o zaman sualın o hissəsini niyə soruşduz anlamadım. Burada işləməməsi üçün tək faktor budur, başqa heç bir əngəl yoxdur, ki telefon orda işləsin burda yox.
    Paypalda disput açsaz ki mal gəlməyib, araşdırılacaq, mal sizə free yox normal shippinglə göndərilir deyə yoxlayıb görəcəklər ki mal gəlib və siz yalan danışırsız, və satıcının xeyrinə həll ediləcək. Pulu ancaq o halda refund edə bilərsiz ki, malı geri qaytarasız(ucuz mallarda buna gərək olmur, amma 350$lıqda çətin ki satıcı malı geri istəməyə) .
    Bir də çalışın belə işdə heç bir saxtakarlıq etməyin, ziyanı siz və azərbaycanlı alıcılar görür(alıcıları fırıldaq işlədən ölkələrə sonra heç kim ship etmək istəmir)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:25, 26/11/2014 ) #49736

Gözəl insan əvvəla mən bilmirdim World Telecom bu işi görür, sualı bura yazandan sonra öyrəndim. İkinci məsələyə qalanda isə satıcı dediyi hər bir sözə görə məsuliyyət daşıyır, mən ondan soruşdumsa Telefon Unlocked olunub ve burada işləyəcək? O mənə qrubiy cavab yazdıkı mən telefon eksperti deyiləm amma sizin ölkədə işləyəcəyinə zəmanət verirəm. Telefon barədə də ağız dolusu danışdı. Əgər sabah telefon mənə gəlib çatanda o dediyi kimi olmayacqsa mən ondan müyyən məbləğdə refund tələb edəcəm, indi fikirləş əgər o bu refunddan imtina edirsə siz mənim yerimdə olun nə edərdiz başqa çıxış yolu var?! Bu vaxta kimi elə olub satıcı özü refund edib sonraan mal gəlib mənə çatıb mən həmən satıcının pulunu qaytarmışam. Birdə Paypal mən inanmıram ki, malda problem olandan sonra istədiyim məbləği mənə refund etməsin, satıcının əvvəlcədən dediklərini printscreen edib onlara göndərərdə bilərəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:30, 26/11/2014 ) #49737

    Söhbət kompensiyadan gedirsə bu başqa məsələdir. Refund deyəndə adətən full refund nəzərdə tutulur, mən onu nəzərdə tutdum, ki əgər mal sizə yararlı deyilsə pulu geri istəyirsizsə, malı qaytarmalısız, elementar məntiq.
    Qaldı Paypal-a, Paypala skrin edib göndərəcəksiz, baxacaqlar deyəcəklər çox gözəl, malı qaytarın pulu verək. Yəni malı hər bir halda qaytarmalısız, çünki 5-10$lıq aksesuar deyil ki qaytarılmadan refund alına.
    100$ filan kompensasiya isə dediyim kimi artıq fərqli durumdur , fərdi olaraq danışıqlarınızdan asılıdır sonucu.
    Amma burda da qəribəlik var ki, mal burda ya işləyəcək ya da işləməyəcək, o halda deməli ya siz qane olacaqsız ya da tam pulu tələb edəcəksiz, qismən kompensasiya isə o halda olardı ki, mal təsvir edildiyindən bir qədər köhnə olaydı, kiçik problemi olaydı və.s.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:46, 26/11/2014 ) #49739

      Niyə görə elə düşünürsizki?! Satıcı əvvəldən təkcə malın vizual yox məhz “support GSM” barədə də fikirlərini yazmışdı mənə, əgər yalan danışıbsa deməli yalanını sonradan kompensasiya etmək üçün mənə müyyən miqdarda pulu refund etməlidir sözsüz, yox əgər bu barədə əvvəlcədən ümumiyyətlə söhbət getməsəydi mən sizinlə razılaşardım. Başınızı ağratmayım, yazdıqlarınıza görə minnətdaram. Ama hər-bir halda məncə bu telefonu almaq olar nəzərə alsaq ki, 6 ayın telefonudu (satıcının dediyinə əsasən) və heç bir problemi yoxdur. Qiymətidə pis deyil. (Lap GSM problemi olsa belə)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:11, 26/11/2014 ) #49744

Breatthaking,sizce applestoreden 200dollarliq iphone 5s getizdirib unlocket etmek olar?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:27, 26/11/2014 ) #49750

Ebayman, bilirəm kobud desək bu çox gülünc səslənir, satışda 599 manata olan teli 200 manata gətirirsən və unlock edib işlədirsən. Ama fakt odur ki, bunu iş yoldaşım şəxsən özü edib, telefon 5s yox iphone-nun başqa bir modeli olub. Hətta deyərdim təkcə World Telecoma 30 manat ödəməklə yox başqa digər üsullarıda var bunun üçün, iphone-nun özündə 38 dollara edən olub, sadəcə danışıqlar çox uzun çəkib. ( hardasa 1 ay) Alternativ yollar həmişə var sadəcə onu axtarıb tapmaq lazımdır, hazıra nazir olmaq yox.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - İnzibati həbs (1 saat əvvəl)

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (1 gün əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (11 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (11 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (13 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23297 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024