Salam.. Məni maraqlandıran 4 sual var..
1. C++ və java öyrənmək üçün ilk öncə nədən başlamaq lazımdır?
2. C++ haradan (hansı saytdan) öyrənmək daha rahat olar?
3. iOS və Android proqramlarını hazırlamaq üçün hansı proqramlaşdırma dilini bilmək lazımdır? (hansı proqramlaşdırma dilindən istifadə olunur?)
4. Batch file nədir? və nə məqsədlə istifadə olunur?.
Öncədən təşəkkür edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
1. Anladığınız dildə(öz dilimizdə mənbə azdır) sıfırdan öyrədən e-kitabdan.
2. Anladığınız dildə google edin.
3. İOS üçün Swift, Android üçün Java. Alternatv olaraq html-css-javascript bilməklə hər ikisi üçün proqram yazmaq olur, amma bu effektiv deyil, hərəsinin öz doğma dilini öyrənmək daha faydalıdır.
4. Özündə DOS əmrini saxlayan mətn paketi faylıdır. Onu icra edəndə Windows və ya MSDOS sistemində müxtəlif əmrlər ardıcıllığını bir klik ilə icra etmək olar. Nümunə: məsələn bəzən hansısa oyun və ya proqram diskini kompüterə taxanda dərhal proqram pəncərəsi işə düşür. Bu ona görə olur ki, kompüteri taxan kimi kompüter diskin autorun.bat batch faylını işə salmağa çalışır, varsa işə salır, o faylın da içində əmr olur ki, proqramın “setup faylını işə sal!”. Və beləliklə diski taxan kimi setup işə düşür.
0
Salam html-css-javascript ilə proqram düzəltmək üçün nə yükləmək lazımdır? Hansı proqramı?
1
Salam. Adobe Phonegap kitabxanası.
Sual verin
Cavab verin