Salam, php-də dinamik sayt hazırlayıram, deməli login var burda hər bir daxil olan şəxsin login tipi və id-nə görə digər səhifələrdə əməliyyat aparıram.
Mən istifadə edəcəyim verilənləri login olanda linkdə yazıram yəni məsələn giriş tipi sinaq, id-si isə 100 isə, o zaman mən linki aşağıdakı kimi formalaşdırıram
header('Location: http://localhost/index.php?login_type=sinaq&id='.$giris_id);
daha sonra burdakı tipə(login_type) və id-ə görə əməliyyatlar aparıram.($_GET ilə alıram)
Bu qurulşla digər yerlərdə də bu formada əməliyyatlar edirəm, yəni anlıyacağınız, başqa bir səhifədə, hal-hazırda olduğum səhifənin verilənlərinə görə əməliyyat aparacamsa, bu zaman data-ları yuxarıdakı formatda göndərirəm.
Məsələn, istifadəçi a adlı linkə tıkladısa, o zaman link ==> index.php?secim=a kimi olur.
İndi mənə maraqlı odur ki, bu cür struktur təhlükəsizlik cəhətdən nə dərəcədə yaxşıdır. Bunu başqa bir formada, daha rahat və təhlükəsiz etmək olar?!
Ümumiyyətlə bu cür yanaşmanı nə zaman istifadə etmək daha əlverişlidir.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Yox yox, belə qətiyyən uyğun deyil.
SESSION məntiqindən istifadə edin. Sizə lazım olan məhz budur, $_SESSION[‘login_type’] və.s.
0
Bildim Elvin Bəy çox sağ olun, bəs belə yanaşmanı nə zaman istifadə etmək olar?
Sual verin
Cavab verin