Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon və Ebay – mallar çatdırılmır.

Salam. Camex vasitəsilə çatdırılması üçün iki mal sifariş vermişəm. Malların hər iksinin çatdırılması tərslikdən həftəsonuna təsadüf etdiyindən (27 və 28 dekabr), Camex-in Amerkadakı ofisi bağlı olub və mallar çatdırılmadan poçt ofisinə geri qayıdıb. Tracking kodu ilə yoxladıqda belə bir xəbərdarlıq gəlir:

“Your item is being held at the Post Office in WILMINGTON, DE 19804 on December 28, 2014 at 7:28 am because the business was closed. The item will be delivered the next delivery day. If this item is unclaimed after 15 days then it will be returned to the sender. Information, if available, is updated periodically throughout the day. Please check again later.”

Bu xəbərdarlığa baxsaq, mal əslində 1-ci gün, yəni 29-u çatdırılmalı idi, hansı ki, Amazon da, garantiya verilmiş çatdırılma vaxtının 29-u olduğunu qeyd etmişdi alqı-satqı zamanı. Ancaq USPS xidməti malı 1-ci gün Camex-in ofisinə yola sala bilərdi, salmadı. Mal qaldı ofisdə. Narahatam ki, itər-batar orda qalsa.

Ebay-dən alınan malda isə həmin mal 27-i yəni, şənbə günü çatıdırılmasına cəhd olunub, lakin yenə də, ofis bağlı olduğundan mal poçt şöbəsinə geri aparılıb. Ancaq ondan da hələ də, xəbər yoxdur. Çatdırılmanı edən USPS xidmətidir.

Məsələ barədə, dünən camex.az -a e-mail yazdım:

“Salam, hər vaxtınız xeyir olsun, hörmətli Camex.Az heyəti. Mən amazon və ebay saytlarından sizin vasitənizlə çatdırılması üçün bir neçə məhsul sifariş vermişəm. Məhsulların ikisinin çatdırılmasında xırda bir problem yaranıb. Demək, həmin malların hər ikisinin çatdırılması həftə sonuna təsadüf etdiyindən, Sizin ofis bağlı olub və buna görə də, “Business Closed” səbəbindən mallar çatdırılmayıb.

USPS.com saytında tracking kodları yoxladıqda bu xəbərdarlıq gəlir: ” Your item is being held at the Post Office in WILMINGTON, DE 19804 on December 27, 2014 at 10:14 am because the business was closed. The item will be delivered the next delivery day. If this item is unclaimed after 15 days then it will be returned to the sender. Information, if available, is updated periodically throughout the day. Please check again later.”

Xəbərdarlıqdan görünür ki, mallar poçt şöbəsindədir. Camex.Az -dan xahişim həmin malların poçt şöbəsindən tələb edilərək təhlükəsiz şəkildə mənə çatdırılmasını təmin etməkdir. Əks təqdirdə, mallar satıcılara geri göndəriləcək ki, bu da bayramqabağı arzuolunmayan hal olar. 🙂 Əvvəlcədən yüksək xidmətləriniz üçün çox təşəkkürlər.”

Cavabları belə oldu:

“Mallarınız bu gün ya da sabah anbara çatdırılacaq”.

Ancaq tracking kodlar hələ də malların poçt şöbəsində olduğunu deyir. Nə etməliyəm?


Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(11:37, 30/12/2014 ) #51194

Birşeyi anlamadım, Camexə birbaşa niyə zəng vurmadınız, sadəcə yazıb müraciyət etdiz ki? Nömrələri 493-90-36 zəng vurun yaxşısı problemi onlara deyin, çünki ola bilər yazdığınız unudular. Ama bu elədə böyük problem deyil, çünki lap nəzərə alsaq ki, USA-da ayın 5-nə kimi bayram oldu Camex işləmədi, sizin hələ ehtiyatda 10 gününüz var. Çünki sizə 15 gün verilib, bundan sonra əgər yükü qəbul edilməzsə yük onu göndərənə geri göndəriləcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:46, 30/12/2014 ) #51199

Burda açığı, ən çox qınadığım Camex-dir. Ona görə ki, istifadəçilərin görə biləcəyi bir formada qeyd edilməli idi ki, şənbə-bazar ofis faktiki işləmir və həmin tarixlərdə çatdırılma qəbul edilmir. Mallar indi poçt şöbəsindədir. Camex-ə ona görə yazmışdım ki, Amerka ofisinə məlumat versinlər ki, həmin mallar poçt şöbəsindən tələb olunsun və ofisə çatdırılsın. Görünən odur ki, hələ ki, kimsə bu işlə maraqlanmır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:25, 24/10/2017 ) #69851

    Salam.

    Hal-hazırda, eyni hadisə mənim də başıma gəlib… Mən hələ Amazon.com dan Camex vasitəsilə sifariş vermədən öncə, elə burdakı yazıdan öyrəndim ki, Camex həftəsonu mal qəbul eləmir. Ona görə, sifariş verərkən, “Do not deliver on the weekend” seçimini etdim… Deməli, Amazon.com un dediyinə görə, mallar bu həftənin 1-ci günü ABŞ vaxtı saat 8 p.m. ə qədər Camex ə təhvil verilməli idi. Saat 4:05 p.m. də USPS xidməti malı Camex ə çatdırmağa cəhd etsə də, Camex in anbarı artıq o saatda bağlı olub!

    İndi, həm Amazon.com, həm də USPS xidməti ‘track your package’ bölməsində yazır ki, ‘delivery’ üçün, növbəti gün yenidən cəhd ediləcək… Amma, siz burada qeyd eliyəndən sonra ki, – USPS xidməti növbəti gün malı ofisə yola salmadı, bu hadisə mənim də başıma gələ bilər deyə, bir xeyli narahatam…

    Düzdü, bu hadisənin sizin başınıza gəlməyindən artıq 2-3 il ötüb, amma əgər, sonra bu məsələnin necə həll olunduğu yadınızdadırsa, ÇOX XAHİŞ EDİRƏM, MƏNƏ NƏ ETMƏLİ OLDUĞUMU İZAH EDİN…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:15, 30/12/2014 ) #51210

umumiyetle sifaris edende calisin heftenin birinci gunu edin. bayram gunlerini de nezere alin. yeni ilden sonra sifaris etsez yaxsi olardi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:39, 31/12/2014 ) #51236

Salam her kese.

3 gun evvel Amazondan fotoaparat ucun sumka ve SD kart zakaz eledim. qiymeti 37 $ + 10$

Amazonda ve Camexde de gosterir ki, mallar artiq anbara catib. amma ordan Bakiya catdirilma qiymeti 43 azn hesablayir. ceki de 5,6 kg… (( shipping malin ozunden baha oldu )))

bunun daha ucuza basha gelmesi ucun bir yolu var ya nece?

tesekkurler

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Ruhin Alizade cavab verdi - Azərpoçt telefon (-189 dəqiqə əvvəl)

sadiq.ziyadov cavab verdi - İcloud dusme sebebi nedir? (16 saat əvvəl)

E. Hacı cavab verdi - Brend Markalar Codecanyonan Alış veriş edə bilərlərmi? (18 saat əvvəl)

OrkhanZade cavab verdi - İcloud dusme sebebi nedir? (22 saat əvvəl)

OrkhanZade cavab verdi - İcloud dusme sebebi nedir? (22 saat əvvəl)

Ramazan cavab verdi - Php saytımı Quraşdırdım Sayt Açılanda "Directory Listing" Çıxır (23 saat əvvəl)

Software Developer cavab verdi - İcloud dusme sebebi nedir? (23 saat əvvəl)

faud47 cavab verdi - Ünvanın təsdiqi (23 saat əvvəl)

sadiq.ziyadov cavab verdi - İcloud dusme sebebi nedir? (1 gün əvvəl)

NONANE cavab verdi - Batareya xarab oldu ekran açılmadı - bios update etmək (1 gün əvvəl)

Software Developer cavab verdi - NikoilKart-a güvənməkl lazımdır? (1 gün əvvəl)

sadiq.ziyadov cavab verdi - Php saytımı Quraşdırdım Sayt Açılanda "Directory Listing" Çıxır (2 gün əvvəl)

Sahrab cavab verdi - komputer biosda qalıb. əməliyyat sistemi açılmır (2 gün əvvəl)

selef cavab verdi - Amazon profili kilitlənib (2 gün əvvəl)

Maqa cavab verdi - eBay-dan alınan bağlamanı geri qaytarmaq (3 gün əvvəl)

Software Developer - 609 xal

E. Hacı - 600 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 423 xal

Ruslan Butdayev - 328 xal

Maqa - 324 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 21437 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019