Amazondan Camex ilə sifariş. Niyə belə baha?

4 gün əvvəl Amazondan fotoaparat üçün çanta və SD kart sifariş etmişəm. qiymət 37+10 dollar. Amazondan birbaşa göndəriş olmadığı üçün, Camex ilə almalı oldum. Deməli, mallar artıq Camexin Amerikadakı ünvanına çatıb. Və oradan Bakıya yollanacaq. Çəkisi 5.6 kq, göndəriş qiyməti 43 azn. malın özündən baha oldu şippinq )))

bunun daha ucuz başa gəlməsinin bir yola var görəsən? Və ya Camexə nece demək olar ki, daha kiçik qablaşdırma eləsin və s. Amazon malın infosunda qeyd edir ki:

Product Dimensions: 13.4 x 8.8 x 17.7 inches ; 4.2 pounds
Shipping Weight: 4.4 pounds (2 kq)

Görəsən 5.6 kq olmasına səbəb nədir?


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(20:53, 01/01/2015 ) #51261

Təhvil alanda aydınlaşdırarsiz, hər halda amazon yazanla düz gəlmirse deməli nəsə anlaşılmazlıq var. Camexdə qiymətlər aşağıdır, dediyiniz tip iki şeyə görə qiymət ən uzağı 15-20 manat filan olmalıdır. Resizing özləri edirlər,ölçünü kiçiltmək üçün. Yəni problem o deyil, bəlkə də səhv salıblar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:12, 01/01/2015 ) #51262

    Ümid edirem ki, sehv salıblar. Camexə mail yazım görək nə cavab verirlər.
    Bir də öyrənmək istədiyim daha bir şey var.
    Camexdən ilk dəfədir istifadə edirəm. Profildə göstərir ki, ödəniş etməliyəm. Bunu online etmək lazımdır ki, malı yollasınlar yoxsa mal Bakıya çatdıqda ödəmək də olar?

    ss də göründüyü kimi

    http://s12.postimg.org/ajx4s1019/Untitled.jpg

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:40, 01/01/2015 ) #51263

      Hər ikisi olar. Online ödəyənde orada işiniz azalır birbaşa anbara yaxınlaşıb malı alırsız. Odemyeende isə öncə kassaya yaxınlaşıb adınızı tapdirib borcu ödəyib çek almalısınız sonra anbara yaxınlaşmalisiz. Və bir də əsas məsləhət, mal Bakıya çatanda mail gələcək sizə, həmin gün getməyin, bir ya iki gün sonra gedin.ilk gün əməlli başlı basabas olur orda. Çox pis qurublar tehvil vermə prosesini, ona görə də belə basırıq alınır ilk gündə. Usa2baku var məsələn, onlarda bu ideal qurulub, nə vaxt getmədən asılı olmayaraq ən uzağı 2-3 dəqiqəyə yola salırlar müştərini. Camexdə isə mən son dəfə hətta ikinci gün getməyimə, online ödəmeyime rəğmən düz 45 dəqiqə vaxtım getdi.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:13, 01/01/2015 ) #51266

təşəkkür cavabınız üçün. faydalı oldu. Usa2baku qiymtətləri necədir?
çox qəribədir ki, Usa2baku saytında COST CALCULATOR ilə hesabladıqda daha baha qiymət verir.

http://www.usa2everywhere.com/CostEstimatorAdvanced.aspx

Quantity 1
Product Dimensions: 13.4 x 8.8 x 17.7 inches
Shipping Weight: 4.4 pounds

Transportation charges: $65.00
Package Management charges: $7.00
Delivery charges: $19.00
Total Estimated Charges: $USD 91.00

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:45, 01/01/2015 ) #51268

    Usa2baku camexdən təxminən 60-70% bahadır bəli. amma keyfiyyət fərqi çoxdur. Bütün parametrlər üzrə.
    Qaldı sizin qutuya, anlamıram o boyda qutuda nə gərək var axı. Yarım metr eni var, 35 santime yaxın uzunu. Bir fotoaparat çantası niyə bu boyda olsun ki.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:28, 02/01/2015 ) #51285

      canta sirf Amazonun istehsal etdiyi cantadir. duzu youtube’da da gordum ki, bu cantanin unboxing goruntulerinde iri bir karton qutuda yollayirlar. ceki etibari ile 5,6 kg olacagini hesab etmirdim amma.
      goresen Amazonda sellere demek mumkundurmu daha kicik baglama etsin?

      http://www.amazon.com/AmazonBasics-DSLR-Laptop-Backpack-interior/dp/B00CF5OGP8/ref=sr_1_3?ie=UTF8&qid=1420187175&sr=8-3&keywords=amazon+dslr+bag

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (8 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024