php-də nə zaman framework istifadə etməyə başlamaq lazımdır.

Salam dostlar, Php-də hansı səviyyədən sonra framework istifadə etməyə başlamaq lazımdır. Yəni 1-2 il sırf php ilə məşğul olub php-nin dərinlklərin bildikdən sonra başlamaq məsləhətlidir yoxsa necə, elə başlanğıc php biliyi oldusa hər hansı bir framework öyrənmək olar?!
Və birdə frameworklərdən ümumi olanı hansıdır, ümumi deyərkən orta ağırlıqlı, çox da mürəkkəb olmayan layihələri reallaşdırmaq üçün ideal olanı nəzərdə tuturam.
təşəkkürlər…


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(11:18, 04/01/2015 ) #51350

Hazırda ən aktual, müasir və sürətlə inkişaf edən FW Laravel-dir. Belə deyək, trenddə odur.
Təmiz php-dən keçid edilməsi ən asan olan, anlaşılan, səliqəli, mükəmməl öyrədici dokumentasiyaya malik olan, amma hazırda dəbdə olmayan FW Codeigniter-dir.
Bundan başqa Yii, Zend, Symphony, CakePHP də tanınmış FW-lar hesab edilir.
Keçid üçün isə vaxtdan çox bilikləri hesablamaq lazımdır.
Native php-də sərbəst kod yazmağı bacaran, OOP(obyekt yönümlü proqramlamlaşdırma, class məntiqi)-u yaxşı başa düşən və istifadə etməyi bacaran developer dərhal FW-ya keçə bilər.
Ağırlığa gəldikdə isə Zend-dən başqa hamısı orta ağırlıqlı, mümkün qədər minimalistikdir. Öyrənilməsi ən asan Codeigniter-dir, ən çətin Yii-dir.
Codeigniter ilə 1-2 proyekt işləyib sonra Laravelə keçmək olar gələcəkdə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:41, 04/01/2015 ) #51353

    Bu frameworklərin üstünlüyü nədi?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:54, 04/01/2015 ) #51361

      Təmiz php ilə kod yazmaq at arabası ilə yol getməkdirsə, framework ilə yazmaq təyyarə ilə getmək deməkdir 🙂
      Yəni hər ikisi ilə məqsədə çatmaq olur, amma FW ilə məqsədə daha təhlükəsiz, daha səliqəli, daha peşəkar, daha asan idarəolunan səviyyədə çatmaq olur. FW ilə yazılanda proqram yeniliklərə açıq, səhvlərin düzəldilməsinə və tapılmasına rahat şərait yaradan formada olur.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:55, 04/01/2015 ) #51367

    Bəs nə ilə yazmaq raketnən getməkdi? 🙂 çox sağolun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:39, 04/01/2015 ) #51372

    Bəs bildiyimiz hansıssa məşhur saytların, sistemlərin hansı fw-də yığıldığı haqqında məlumatınız var. Məsələn facebook, tqdk və.s

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:02, 04/01/2015 ) #51375

      Facebook sıfırdan php-də yığılıb ilk əvvəl. Sonra isə dəfələrlə optimize edilib. Hazırda öz həllindən, fwsindan istifadə edir. Çünki o qədər böyük komandası var ki hazır fwya ehtiyacı yoxdur, elə özü öz istəyinə uyğun düzeldir özünə.. Tqdk isə php-də yox asp.net framework ilə yığılıb mən bilən qədərilə. Çoxdandır baxmıram.
      Məşhur saytlar hansı framework istifadə edir və barədə Google ilə axtarmaq olar. Çoxdur elə mənbələr

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:37, 04/01/2015 ) #51389

      twitter, github, airbnb, soundcloud ROR ilə yığılıb məsələn(Ruby on Rails). Ümumiyyətlə xaricdə startuplar arasında PHP istifadə etməyə bir az mainstream kimi baxırlar deyə əsasən python və ruby-də olur böyük saytlar. Təbii ki, wikipedia, facebook kimi istisnalar da var.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:47, 04/01/2015 ) #51357

Aydındır, Təşəkkürlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (17 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (9 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (9 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (9 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (22 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (22 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024