php-də nə zaman framework istifadə etməyə başlamaq lazımdır.

Salam dostlar, Php-də hansı səviyyədən sonra framework istifadə etməyə başlamaq lazımdır. Yəni 1-2 il sırf php ilə məşğul olub php-nin dərinlklərin bildikdən sonra başlamaq məsləhətlidir yoxsa necə, elə başlanğıc php biliyi oldusa hər hansı bir framework öyrənmək olar?! Və birdə frameworklərdən ümumi olanı hansıdır, ümumi deyərkən orta ağırlıqlı, çox da mürəkkəb olmayan layihələri reallaşdırmaq üçün ideal olanı nəzərdə tuturam. təşəkkürlər...

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Software Developer (2015-01-04 23:37:51)
twitter, github, airbnb, soundcloud ROR ilə yığılıb məsələn(Ruby on Rails). Ümumiyyətlə xaricdə startuplar arasında PHP istifadə etməyə bir az mainstream kimi baxırlar deyə əsasən python və ruby-də olur böyük saytlar. Təbii ki, wikipedia, facebook kimi istisnalar da var.

E. Hacı (2015-01-04 20:02:46)
Facebook sıfırdan php-də yığılıb ilk əvvəl. Sonra isə dəfələrlə optimize edilib. Hazırda öz həllindən, fwsindan istifadə edir. Çünki o qədər böyük komandası var ki hazır fwya ehtiyacı yoxdur, elə özü öz istəyinə uyğun düzeldir özünə.. Tqdk isə php-də yox asp.net framework ilə yığılıb mən bilən qədərilə. Çoxdandır baxmıram. Məşhur saytlar hansı framework istifadə edir və barədə Google ilə axtarmaq olar. Çoxdur elə mənbələr

Farrell (2015-01-04 19:39:28)
Bəs bildiyimiz hansıssa məşhur saytların, sistemlərin hansı fw-də yığıldığı haqqında məlumatınız var. Məsələn facebook, tqdk və.s

Azerbaycan (2015-01-04 18:55:40)
Bəs nə ilə yazmaq raketnən getməkdi? :) çox sağolun

Software Developer (2015-01-04 17:54:40)
Təmiz php ilə kod yazmaq at arabası ilə yol getməkdirsə, framework ilə yazmaq təyyarə ilə getmək deməkdir :-) Yəni hər ikisi ilə məqsədə çatmaq olur, amma FW ilə məqsədə daha təhlükəsiz, daha səliqəli, daha peşəkar, daha asan idarəolunan səviyyədə çatmaq olur. FW ilə yazılanda proqram yeniliklərə açıq, səhvlərin düzəldilməsinə və tapılmasına rahat şərait yaradan formada olur.

Farrell (2015-01-04 14:47:27)
Aydındır, Təşəkkürlər.

Azerbaycan (2015-01-04 12:41:33)
Bu frameworklərin üstünlüyü nədi?

Software Developer (2015-01-04 11:18:28)
Hazırda ən aktual, müasir və sürətlə inkişaf edən FW Laravel-dir. Belə deyək, trenddə odur. Təmiz php-dən keçid edilməsi ən asan olan, anlaşılan, səliqəli, mükəmməl öyrədici dokumentasiyaya malik olan, amma hazırda dəbdə olmayan FW Codeigniter-dir. Bundan başqa Yii, Zend, Symphony, CakePHP də tanınmış FW-lar hesab edilir. Keçid üçün isə vaxtdan çox bilikləri hesablamaq lazımdır. Native php-də sərbəst kod yazmağı bacaran, OOP(obyekt yönümlü proqramlamlaşdırma, class məntiqi)-u yaxşı başa düşən və istifadə etməyi bacaran developer dərhal FW-ya keçə bilər. Ağırlığa gəldikdə isə Zend-dən başqa hamısı orta ağırlıqlı, mümkün qədər minimalistikdir. Öyrənilməsi ən asan Codeigniter-dir, ən çətin Yii-dir. Codeigniter ilə 1-2 proyekt işləyib sonra Laravelə keçmək olar gələcəkdə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mysql AUTO_INCREMENT

Türkekip php məsləhətdirmi

programlaşdırmanı kurslarda öyrənmək yoxsa özbaşına öyrənmək?

jQuery Slide`ni MySQL ilə Əlaqələndirmək ?

Phpbb3 forum subdomeində düzgen İşləmir

php ilə təqvim.