Yeni qanun haqda – elektron alış veriş

Salam aleykum,mən xaricden getirilen telefonlara qoyulan qayda haqda məlumat almaq istəyirəm sizden,DGK-nə necə dəfə zəng elədim cavab veren olmadi.
Indi from.ae kimi saytdan 1 dene telefon getirmek olmaz?
Yaxud gedirem Dubaya geden birine pul verib ordan özumcun 1 dene telefon alib getirdsem qeydiyyatdan kecirdib rahat istifadə edə bilərəm yoxsa,artiq qeydiyyata icaze vermirler?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(12:36, 04/02/2015 ) #52621

1. Heç bir yeni qanun yoxdur, sadəcə müvəqqəti qadağa var, yeni qanun qəbul edilincəyədək belə qalacaq yəqin ki. Yenu qanundan sonra da bilinəcək ki icazə davam edəcək və ya rüsum tətbiq olunacaq. Hələ ki gətirmək olmaz.
2. Özünüz xaricdən gələndə əlbəttə gətirə bilərsiz 1 yox hətta 2 ədəd, hazırki müvəqqəti qadağa ancaq poçta aiddir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:15, 04/02/2015 ) #52624

    Elektron ticarətdən sui-istifadə hallarının qarşısını
    almaq məqsədi ilə Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə müraciət edib. Xeberler.az APA-ya istinadən xəbər verir ki, bunu Şirvanda jurnalistlərə açıqlamasında rabitə və
    yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Nazir bildirib ki, son zamanlar elektron xidmətlərin
    genişlənməsi və elektron texnologiyalara əhalinin
    çıxışının genişlənməsi nəticəsində elektron
    kommersiya və elektron ticarət vasitəsi ilə alış-
    verişin həyata keçirilməsi istiqamətində mühüm
    işlər görülüb: “Bu işlərin genişləndirilməsi üçün 2013-cü ilin
    oktyabr ayından elektron ticarəti poçt vasitəsi
    həyata keçirməklə ölkəyə gələn mallara gömrük
    rüsumunun 1000 dollardan çox olan məbləğinə
    tətbiq olunurdusa, yeni qərara görə bu məbləğin
    həddi 150 dollara endirilib. Bəzən elektron ticarətin müsbət tərəfindən istifadə edərək bəzi işbazlar
    qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərirlər.
    Elektron ticarətdən istifadə etməklə qaçaqmalçılığın
    qarşısını almaq üçün Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat və Sənaye, Maliyyə Nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə məsləhətləşmələr çərçivəsində məsələni araşdırırıq. Əgər haradasa bir neqativ hadisə varsa, bu o
    demək deyil ki, bu texnoloji inkişafı, xidməti
    dayandırmaq lazımdır. Əsas neqativ hallarla
    mübarizə etmək lazımdır. Dövlət Gömrük Komitəsi, həmçinin iqtisadi və təhlükəsizliklə məşğul olan
    qurumlar güclü elektron informasiya
    infrastrukturuna, idarəetmə və izləmə sisteminə
    malikdirlər. Və biz elektron qaçaqmalçılığın da bu
    metodlardan istifadə etməklə qarşısını ala bilərik”. Ə.Abbasov qeyd edib ki, burada əsas məqsəd 1000
    dollardan aşağı elektron ticarət vasitəsi ilə ölkəyə
    gətirilən mallara gömrük rüsumu tutulmaması
    birinci növbədə əhalinin, əsasən də aztəminatlı
    əhalinin maraqlarına uyğundur. “Onların alış-verişini yüngülləşdirmək üçün
    vacibdir. Bu onlara olunan xidmət və verilən
    güzəştdir. Çalışırıq ki, bu güzəştlər əhali üçün qalsın.
    Lakin hansısa şəxslər, biznes strukturları bundan
    istifadə edərək neqativ hallara yol verib, elektron
    qaçaqmalçılıqla məşğul olurlarsa, biz elə yeni texnologiyanı tətbiq etməklə bunun qarşısını
    alacağıq. Elektron ticarət vasitəsi ilə əsasən ölkəyə
    gətirilən mallar mobil telefonlardır ki, bu sahədə
    ciddi uçot lazımdır. Çalışacağıq elə qərar qəbul edək
    ki, bu mobil telefonlara şamil olunsa da, digər
    mallara aid edilməsin”, – deyə nazir əlavə edib…

    http://az.apa.az/news/370990

    Bu xeberi oxuyandan sonra ele bildim qerar qebul olunub.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:19, 04/02/2015 ) #52625

      Səhv başa düşülüb deməli. Qanun hələ ki yoxdur

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:15, 04/02/2015 ) #52627

Basa dusdum,melumat ucun cox sag olun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (1 saat əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (3 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (4 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (12 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (17 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23296 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024