Salam.İnternet üçün data kart istifadə edirəm azercell.Amma internet məni qane eləmir həmdə azdı.İnternetdə 1 ay 8-10 usd arasi vpn təklif edən saytlar var.İstifadə edən varmı.Ən yaxşı vpn hansıdır (sürətli, etibarlı).Limitsiz internet verirmi vpn.
Salam.İnternet üçün data kart istifadə edirəm azercell.Amma internet məni qane eləmir həmdə azdı.İnternetdə 1 ay 8-10 usd arasi vpn təklif edən saytlar var.İstifadə edən varmı.Ən yaxşı vpn hansıdır (sürətli, etibarlı).Limitsiz internet verirmi vpn.
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
0
VPN ilə internetinizin sürətinin, trafikinin heç bir əlaqəsi yoxdur.
VPN sadəcə başqa bir şəbəkəyə bağlanalaraq oradan internetə girmək deməkdir. Başqa bir şəbəkəyə bağlanmaq üçün isə sizə internet lazımdır, bu halda azercellin interneti. Trafik də həmin trafik. Yəni qısacası VPN-i nə iləsə səhv salmısız, VPN tam başqa şeydir.
0
Android telefonlarında programlar var ki, məsələn droid vpn, finchvpn nömrədə internet paketi və balansda pul olmadan yalnız xətt açıq olmaqla internetə girir.Bu programların pc versiyaları da var.Mən onları nəzərdə tuturam
0
Nağıl söhbətlərdir, həm android həm də pc üçün olması. VPN başqa şeydir, wikipediadan oxuyub tanış ola bilərsiz. Azercell hərif deyil ki öz xətti üzərindən sizə VPNə pulsuz qoşulma imkanı verə və sizdən VPNə girən çıxan trafiki hesablamaya.
-1
Mən özüm şəxsən finchvpni android telefonunda istifade etmişəm.Necə boş söhbət ola bilər axı?Mənə komyuter üçün lazımdı.Daha ətraflı izah versəz yaxşı olar.
0
Başa düşmürsüz e, VPN başqa şey üçündür. İnternetin rabitəsini sizin üçün kim təmin edir? Azercell. VPN sadəcə olaraq sizə internetdə anonimliyi təmin edən, İPnizi blok etmiş resurslara, store-lara girişinizi təmin edən və.s. məqsədlər üçün lazım olan bir texnologiyadır lazım olduğu yerlərdə faydalı alətdir, açması da Virtual Private Network deməkdir.
Və bu internetin də sürətini azaldan şeydir, artıran yox, sürətli VPN termini o deməkdir ki, yəni sizin cari sürətinizi az azaldır, ona görə sürətlidir. Pis VPN isə ümumiyyətlə çökdürür sürəti.
Trafik limiti ilə isə əlaqəsi olmayan bir şeydir.
-1
Hörmətli Macid. Düz deyirsiniz elə programlar var. Siz Sadəcə Aylıq GB çox verən VPN programı axtarın. Ad deyə bilməyəcəm sizə hansı məsləhət olarsa.