istifadəçi sayı

Saytda istifadəçi sayın öyrənmək üçün ən dəqiq alqoritm nədir?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Software Developer (2015-03-27 11:41:47)
Onlayn istifadəçi sayından gedirsə google analytics-də belə bir bölmə var. Yox saytda göstərmək üçün filan deyirsizsə onu özünüz düşünməlisiz. Məsələn sadə model: hər bir visitora random id verib sessionda saxlayırsız. Və user saytda hər hansı aktivlik göstərdikdə onun last_active_date-ni də sessionda saxlayırsız. Sonra session dəyişəninin içindəki last active date-ləri götürüb cari zamanla tutuşdurursuz, neçə dənəsi son 5 dəqiqədə aktiv olubsa deməli o qədər onlayn istifadəçi var.

mehman meybaliyev (2015-03-26 23:03:12)
MySQL-də mövcud olan hər hansı bir cədvəldəki məlumat (istifadəçilər və s.) sayını tapmaq üçün bir neçə variant mövcuddur. Dəqiq olmağına hamısı dəqiqdir, amma ən sadə və asan variant SQL-in COUNT əmridir. Cədvələ INSERT olunan (yazılan) məlumatların hərəsinə bir ID verildiyi üçün, aşağıdakı qaydada ID-lərin sayını tapırıq. Beləliklə istifadəçilərin və ya bir qeyri məlumatların sayını tapmış oluruq. [code] $sorgu = MYSQL_QUERY("SELECT COUNT(id) FROM cədvəlin_adı"); netice = MYSQL_FETCH_ARRAY($sorgu); echo $netice['COUNT(id)']; [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

php mysql nəticələr görsənmir.

Google Video (YouTube)

Niye, Azerbaycanda komputer elmlerine maraq bu qeder azdir ?

php $this ilə bağlı sual

PHP öyrənməyə başlamaq istəyirəm,məsləhət&köməyiniz lazım..

phpmyadmin error