Niye, Azerbaycanda komputer elmlerine maraq bu qeder azdir ?

Salam. bu sual barede cox arasdirmalara muzakireler aparmisam. menim ozunemexsus cavabir var ve meni qane edir. Amma sizlerin fikirlerini de bilmek isterdim. niye bizim genclerde bu saheye maraq bele azdir ? Niye bizde de stackoverflow , quora , github, kimi saytlar yoxdur en azinda Azerbaycanda tam islek veziyyetde online proqramlasdirma platformasi yoxdur. Tehsil sistemi pis ola biler amma etiraf edek ki gencler de biganedir. Eger bize universitetde ingilisce oyredilmirse , ozumuz cehd ede bilerik ve ya kimdense komek isteye bilerik. amma az adam maraqlanir. sizin fikirleriniz nedir ?


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(15:51, 12/04/2018 ) #71599

Konkret 1 səbəblə izah etmək asanlıq axtarmaq olar. Səbəblər çoxdur.
1. Ən baş səbəb – ölkəmiz, kiçikdir, əhalisi azdır. 1-2 kiçik ölkə göstərmək olar ki, orada siz deyən istiqamətdə nələrsə var, yerli dildə communty-lər var, amma 100dən çox kiçik ölkə göstərmək olar ki, onlarda bu yoxdur. Ona görə də community gözləmək əvəzinə, kiçik ölkədən yaxşı halda uğurlu layihə gözləmək düzgündür. Çünki layihə xaricə xitab edə bilir, ölkə sərhəddini rahat aşa bilir, community isə yox(dil məsələsinə görə yerli olaraq qalır).

2. Təhsil – təhsil səviyyəsi, dil bilgisi zəifliyinə görə insanların əksəri çətin sayılan peşələrdə uğur qazana bilmirlər. Özü öyrənsin, kursa getsin və.s. metodlar isə dünyanın heç bir yerində əhalinin əksəriyyəti üçün keçərli deyil. Öz iradəsi ilə, köməkçi olmadan nəsə öyrənmək bacarığı dünyanın hər yerində eynidir – yəni əhalinin əksərinin bacarmadığı bir şeydir. Ona görə də, fundamentdən, baza təhsildən çox şey asılıdır ki, insanlar sonrasında daha praktik düşünüb daha qısa metodlarla peşələrə yiyələnə bilsinlər.

3. Orta statistik olaraq məlumatsızıq – postsovet ölkəsiyik deyə və müasir trendlərdən xəbərsizik. Ailələrin əksəri övladı üçün düzgün peşə seçə bilmir, övladlar özləri də ailədən bu barədə geri qalmırlar. Hər il ən yüksək bal yığan tələbələrə baxın: beynəlxalq münasibətlər, idarəetmə, hüquq, iqtisadi nə bilim nə kimi fakültələr yüksək ballıların 90%ni özünə çəkir, yəni insanlar, heç bir praktik anlamı olmayan ixtisaslar seçərək yanlışa yol verirlər. Məsələn tutaq ki bu il 200 dənə çox istedadlı abiturient var. Onlardan maximum 10u seçəcək İT sferaya aid sahəni, 190u isə gedəcək yuxarıda dediyim abstrakt ixtisaslara. Amma bu say 10 nəfər yox, məsələn 50 nəfər olsaydı, bir neçə illik perspektivdə götürəndə hər şey indikindən 5 qat daha yaxşı olardı deməkdir. 5 dəfə daha uğurlu layihələr, 5 dəfə daha uğurlu kadr seçimi, 5 dəfə daha keyfiyyətli community, və.s. Təsəvvür edin təkcə abiturient tərcihi mənzərəni necə dəyişdirmə gücünə sahibdir.

4. və.s. Səbəblər çoxdur. Hər səbəbin də müəyyən qədər payı var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:35, 12/04/2018 ) #71600

yuxarda qeyd etdiklerinizde haqlisiniz. Amma Bezi meqamlari nezerinize catdirmaq isteyerdim. Olkenin kicik olmasi mence ele de boyuk bir problem deyil, az adamla da is gormek olar meselen estonia (umumiyyetle baltik olkeler) singapur, macaristan ,cexiya,isvecre ve s. olkelerde kifayet qeder boyuk maraq var ve orda keyfiyyetli kadrlar yetisdirilir. melumatsizliq barede dediklerinizle raziyam. amma gelin etiraf edek ki , melumatsizliq bir az da behanedir. coxlari melumatsizdir amma onlarin icinden az da olsa ayilan insanlar olur. demeli bunu herkes ede biler melumatsizliq bizim ucun engel olmamalidi insan ozu bunu derk etmelidir. Tehsil barede de dedikleriniz dogrudur meselen men tehsil aldigim muessede tehsil seviyyesi o qeder asagidi ki, basqalari harda oxuyursan ? deye sorusduqda meseleni basqa yere yoneldirem cavab vermek istemirem. Amma bu menim ucun engel olmadi ( eslinde universitetden qabaq proqramlasdirma ile mesgul olmusam) ozum arasdirib oyrenmeye basladim ve indi mueyyen seviyyede biliyim var ve inkisaf etdirmeye davam edirem. eger men edebiliremse herkes ede biler. Xulase, fikrimce bu problem ilkin novbede insanlarin ozunden sonra ise diger faktorlardan asilidir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:22, 13/04/2018 ) #71602

    Saydıqlarınız ölkələrin heç birində yerli böyük community və ya hədsiz çox sayda mütəxəssis yoxdur. Sadəcə olaraq olanlarının səviyyəsi yuxarıdır, bu qədər sadə. Onun da səbəblərini əvvəlki cavabda yazmışam.
    Bəzi ölkələrin adı isə İT ilə hallanması düz deyil. Məsələn,

    Singapur – tamam başqa məsələdir, iqtisadi modeli və aparılan keçmiş islahatlar uğurludur.

    İsveçrə – İT ilə əlaqəli məsələ deyil. Qədim dövlətçiliklərindən tutmuş, bank sistemi, 500 ildir müharibəsiz həyat və.s.

    Çexiya və Macarıstan – öz ölçülərinə görə normal ölkələrdir İT sferada. Əlahiddə nəsə yoxdur. Sadəcə əllərində olan mütəxəssislər daha səviyyəlidir, coğrafi mövqeləri sarıdan bəxtləri gətirib, Avropa birliyindədirlər, ona görə də böyük şirkətlər (məsələn İBM) gəlir orda açır filialını məsələn.

    İsraili deyə bilərdiniz demədiniz – amma onun da konkret izahı var. İsrail İT ölkəsi olmaq üçün çox əziyyətli yoldan keçib. İlk öncə dövlətin maya qoyduğu və ortaya çıxan mütəxəssislərin hamısı yerli bazar olmadığından (bizim hazırki vəziyyət) hamısı qaçıb Amerikaya. Çox sonralar gedənlərin bəziləri vətən, ailə və.s. faktorlara görə geri dönməyə başlayıb, geri dönənlər başlayıblar ABŞ-da öyrəndikləri əsasında dünya bazarı üçün proyektlər etməyə. Nəticəsi indi göz önündədir. Dünyanın ən güclü 3-4 İT ölkəsindən biridirlər.

    Estoniya – Təhsil səviyyəsi yüksəkdir, Avropa birliyi ölkəsidir, əhalisi hədsiz azdır (Bakının yarısı qədər deyil heç) və ona görə də ölkə olaraq daha çevik qərarlar verib dərhal da reallaşdıra bililər. Məsələn ABŞ-ın belə edə bilmədiyi online seçki sistemi, tam elektron hökümət, elektron vətəndaşlıq və.s. ediblər. ABŞ-da İT Estoniyadan min dəfələrlə güclüdür, amma sırf çox kiçik ölkə olmaqları onlara imkan verir ki, başqalarının etməyə çəkindiyi şeyləri rahatlıqla edə bilsinlər.

    Siz sadəcə üzərinizə düşəni edin, özünüzü yetişdirib Azərbaycan yox, dünya səviyyəsində kafi səviyyəli mütəxəssis olun, dolayı və ya birbaşa xeyriniz dəyəcək ölkənin İT-sinə. Kimlərisə yetişdirəcəksiniz, daha düzgün məsləhətlət verəcəksiniz daha gənc nəslə və.s. Bir sözlə, hər kəs öz üzərinə düşəni etməlidir, vəziyyət pisdir deyib yaxasını kənara çəkməklə heç nə olmur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:59, 13/04/2018 ) #71603

Zamaninizi ayirdiginiza gore tesekkur edirem. Umid edirem, birgun Azerbaycanin mutexessisleri basqa olkelerde yox mehz oz olkelerinde ugurlar qazanarlar ve bunu reallasdirmaq ucun seraitimiz olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:34, 14/04/2018 ) #71606

Səbəb çoxdur. Elə ən birinci Valideyn , Ətraf mühit.. Valideyn övladı ancaq gələcəkdə pul buraxan maşın kimi təsəvvür edir. Nazir olmaldır düşüncəsi. Bu uzun zaman belə də davam edəcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:09, 09/12/2021 ) #79010

Telefon var ona göre kompüterə maraq olmur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (2 saat əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 saat əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (2 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (6 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (6 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (10 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (10 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (12 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024