Salam Dostlar. Mən Bakıda Hərhansı MMC acmaq niyyətindəyəmsə bu MMC ücün Secəcəyim adın sertifikatını hardan almalıyam? Bunun Üçün nə tələb olunur. Və bunun üçn dəqiq bir rüsum varmı. İnternetdə axtarış etdim ama dəqiq bir şeyərast gələ bilmədim.Zəhmət olmasa cavab versəniz sevinərəm.
Adminlər zəhmət olmasa mənimsualım cavab almayınca Cavab almış kimi işarələməyin. Mən Bu Prosesi Bilirəm və başa düşürəm. Qane edici cavab olandan sonra mən özüm Cavab var düyməsini klik edərəm. Çox sağ olun.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
Salam. O düyməyə aydın cavab veriləndən sonra moderatorlar klik edirlər. Bəzən ola bilər ki, hər şey açıq aydın olsa da sual verən xırdalığa gedir və davam etdirir mövzunu. Ona görə də moderatorlar o düyməyə klik etməlidir lazım olan kimi.
Suala gəldikdə:
Vergilər nazirliyi üzərindən açılır bu. e-taxes.gov.az daxil olub hətta onlayn da aça bilərsiniz. MMC açırsız açarkən nə ad istəsəz qoyursuz, vəssalam, hazırdır. Davamı çətindir amma, yəni həvəskar yanaşmaq olmur artıq: hər ay statistika və sosial sığorta hesabları, 3 ayda bir vergi hesabatları, nizamnamə kapitalı haqda məlumat, ən azı özünüzə işçi kimi maaş yazmaq və onun vergisini ödəmək, lazım gəldə hesab-faktura qəbzləri və möhür əldə etmək və.s. Bir sözlə asan iş deyil, professional yanaşma tələb edir, əksər şirkətlər bu işi mühasibat şirkətlərinə həvalə edir
0
Mən sadəcə VÖEN acmaqla olur bu iş yani? Profesional yanaşma olacaq əlbətdə. Mühasibat şirkətinə əlavəpul verməkdənsə elə işi bilən bir adamda tapılar hər halda. Çox sağolun Məlumat üçün
0
Bəli hüquqi şəxs vöen almaqla is tamamdir. Mmc hazır olur istənilən adla və o addan istifadə haqqı sizə məxsus olur. Məhsullar üçün Əmtəə nişanı üçün isə digər link.
0
Söhbət sırf addan gedirsə, trademark(əmtəə nişanı) kimi seçilən adı özününküləşdirmək deyirsiz yəqin ki.
Bu haqda buradan oxuya bilərsiz http://icazeler.gov.az/az/licenses/emtee-nishanlarinin-qeydiyyat-shehadetnamesi/
Rüsum 60+45 azn, müraciət edilməli yer “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi”
0
Çoxsağ olun . Yalnız baxdım bu linkdəki məlumat sadəcə hərhansısa bir məhsulcun LOGİ alan zaman edilən müraciətdi. Yenədə sağ olunki vaxt ayırıb mənim çün axtarış etdiniz. Hər halda məndəaxtararam ki, tapabilim.
Sual verin
Cavab verin