termin tәrcümәsi

sinfin hәddlәrinә müraciәti tәnzimlәyәn private , public, protected açar sözlәrini necә tәrcümә etmәli? müvafiq olaraq gizli, ümumi, mәxsusi tәrcümәlәri nә qәdәr düzgün olar? gizli: yalnız sinfin öz hәddlәri, ümumi: hәddә mәhdudiyyәt yoxdur, mәxsusi: yalnız verilmiş sinfin vә onun varislәrinin hәddlәri müraciәt edә bilәr.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

ahmed (2015-04-28 12:06:14)
qorunan ilә sәrbәst uyğun tәrcümәdi, qaldı private mәxsusi ilә özәl arasında. ikisi de uyğun gәlir, ascii -yә görә mәxsusini seçirәm. heç kimin fikrin nәzәrә almadan tәrcümә elәmәk düzgün deyil. P.S. Aznet mütәxәssislәri bu terminlәr mәsәlәsinә çox laqeyiddi.

E. Hacı (2015-04-28 11:42:32)
gizli məncə uyğun gəlmir məna etibarı ilə. məxsusi isə xüsusi ilə eyni köklüdür və ingilicsə qarşılığı private-dir, deməli protected üçün heç uyğun gəlmir. public isə açıq, istifadəyə açıq anlamındadır burada. Düzdür lüğəti olaraq public-in ümumi kimi çevirməsi var, amma baxır harada. mən fikrimdə qalıram: ozel, qapali, aciq. Və ya ozel, qorunan, serbest.

ahmed (2015-04-28 08:17:27)
mәna mәsәlәsindә izah elәmәk olar, ancaq problem odur ki, bu sözlәri ascii -dә yazmaq tәlәb olunur, onda bu cür olur: private - özәl - ozel protected - qapalı - qapali public - açıq - aciq ??? ozel, qapali, aciq olsun, yoxsa, gizli, mexsusi, umumi ?

E. Hacı (2015-04-27 22:32:37)
Salam. Private - özəl, protected - qapalı, public - açıq təklif edərdim. Həm bütün sözlər öztürkcəmizdədir, həm də daha yaxın tərcümədir. Onsuz da sırf OOP-da protected və private terminləri ingilis dilinin özündə belə adları ilə öz mahiyyətlərini ifadə edə bilmirlər, əlavə izaha gərək duyulur, ki protected ilə private-in əsas fərqi nədədir. Deməli bizim dildə də sadə və uyğun tərcümə bəs edə bilər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Termin удаленные хосты

Termin tərcüməsi

termin tərcüməsi

Termin tərcüməsi – input

Kompüter terminləri

Rus dilində termin – “по умолчанию”