Hər hansı saytın idarə olunması ilə bağlı

Salam, hər hansı bir saytın idarə olunması ilə bağlı 1-2 sualım var.
1) Ümumiyyətlə bu sahəni bilməyən hər hansı bir insan sayt idarə edə bilərmi və bu işin ən çətin tərəfi nədir?
2) Zəhmət olmasa hüquqi tərəfi barədə məlumat verərdiniz.
3) Başa düşürəm qazanc barədə düşünmək hələ çox tezdir ancaq ümumiyyətlə burada qazanc əsasən nədən gəlir? (google adsense istisna)

P.S (İdeya oğurlana bilər deyə sayt haqda ətraflı yazmaq istəmirəm, söhbət xüsusi bir sahə üzrə informasiya verəcək və yaradılması nəzərdə tutulan bir saytdan gedir)


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(13:37, 30/04/2015 ) #55149

Həvəskar veb sayt (əyləncə üçün açılan elə belə sayt), bloq və.s. kimi şəxsi məqsədli saytlardan gedirsə söhbət,
1. bəli. çətin tərəfi bircə ilk dəfə qurmaq və ya qurdurmaq.
2. yoxdur.
3. trafik çox olsa adsense-dən zaddan.
Əgər profesional fəaliyyətdən söhbət gedirsə(ciddi planlı, şirkətləşmiş, hər hansı sahə üzrə xidmət və ya satış təklif edən və.s.)
1. xeyr. şəxs özü yalnız content idarə edə bilər, admin panel ilə. texniki dəstək üçün isə peşəlarıar ilə anlaşmalı(aylıq, illik və ya dövri olaraq sayta, serverə cavabdeh və dəstək olan şəxs olmalı)
2. Bəli, fiziki və ya hüquqi şəxs açmaq lazımdır vergilər nazirliyində.(Azərbaycanda hazırda bu sahədə bir az boşluq var deyə açmayanlar da var, amma geci tezi var bunun)
3. Qazanc üçün modellər çoxdur. Bu fəaliyyət növündən asılıdır. Belə deyim, “pul qazanım deyə görən nə saytı açım?” sualı çox yanlışdır. Onu belə dəyişmək olar “mən hansı işi yaxşı bacarıram və ya bacararam, ki o işi interet üzərindən qursam pul qazanaram?”. Tutalım media saytı açırsız, bu halda gəlir adsense, yerli reklam və pullu yazılardan gələ bilər. Tutalım onlayn satış edirsiz, bəllidir, satışdan gəlir əldə edilir. Tutalım insanların həyatını, işini rahatlaşdıracaq xidmət təklif edirsiz(məsəlçün hansısa axtarılan şeyi ona qısa zamanda çatdırmaq) və əvəzində insanların özündən pul alırsız. Tutalım insanlara online nəsə öyrədirsiz, o halda birbaşa o insanların özündən pul alırsız və.s. Yəni pul mənbələri bunlardır: Reklam şəbəkəsi(adsense filan), reklam verən şirkət(öz malını reklam üçün), istifadəçi(hər hansı xidmətinizi qarşılığında), alıcı(satılan mal qarşılığında), satıcılar(satışda saytınız üzərindən ona kömək etdiyiniz üçün, məsələn ebay).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:57, 01/05/2015 ) #55164

    Minnətdaram ətraflı cavabınız üçün. Söhbət professional saytdan gedirdi.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026