Sony Xperia Z1 5.0.2 update`dən sonra mahnılar yox olub.

salam dostlar. mən bu yaxında Sony Xperia Z1 telefonumu ən son versiyaya (5.0.2) update eləmişəm. updatedən sonra telefonumda olan mahnıların heç biri playerdə açılmır, ümumiyyətlə görsənmir. kimdəsə belə bir problem yaranıb? əgər aradan qaldıran olubsa mənə də köməkliyiniz dəysin.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(12:40, 02/06/2015 ) #55758

2-3 nəfər deyib bu problemi saytda artıq. maraqlıdır məndə də z1-dir və heç nə itməyib update sonrası, nə şəkil nə də musiqi. Siz musiqini hansı papkada saxlayırdınız ki? Məsələn Sony-nin özündə Music player var, orda menyuda folders var, onun köməyilə bütün papkalar görünür, nəsə itə bilmir axı o zaman.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:55, 02/06/2015 ) #55760

    şəkillər qalır.mahnılar dovvnload papkasındadı. siz deyen kimi baxdım boş göstərirdi.file menecer dən koplayıyıb atdım music papkasına yenə düşmədi.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:10, 02/06/2015 ) #55761

      VLC, Winamp kimi başqa playerlər yükləyib onlarla cəhd edin və nəticəni bura yazın zəhmət olmasa. maraqlıdır görək nədədir məsələ.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:17, 02/06/2015 ) #55808

    Mənə inanmamışdız, dediz dezinformasiyadı. Buyurun buda bir nümunə daha 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:19, 03/06/2015 ) #55816

      Bu yanlış istifadədən irəli gələn bir şeydir. Yəni istisnalar qanunauyğunluğu pozmur. 99.99% faizdə problem yoxdursa 0.01% nəsə probıem yaşayırsa, problemi userin fayllarında da axtarmaq olar.
      Məsələn problem bele bir şeydə olar bilər. pıxaz mıxaz tıxaz tipli saytlardan endirilən pirat musiqiqlər filanların header information-u əskik və ya zədəli ola bilər və çox yəqin ki elədir. Bu halda hansısa player update-dən sonra onu görməyə bilər. Bu yəni xüsusi halda ola bilən bir problemdirsə bu smartfonun problemidir demək olmaz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:32, 04/06/2015 ) #55844

      Google marketdə Zaycev kimi musiki yükləmək üçün başqa ideal bir proqram yoxdu, hamısını bir-bir yoxlamışam ən yaxşısı Zaycevdi. Mən bildiyimə görə bir ara ümumiyyətlə sayt bağlandı və proqramıda marketdən yığışdırmışdılar sonra qanuniləşdiriləndən sonra yenidən işləyir.
      Telefona qalanda isə dünən telin öz yaddaşında olan ağır proqramları atdım CD karta və power düyməsilə + birlikdə basıb saxladım, tel söndü və yanandan sonra normaya düşdü, hər şey qaydasındadı bidənə problem mahnıya qulaqcıq vasitəsilə qulaq asanda arada cızıldamasıdı.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:37, 03/06/2015 ) #55817

    Elvin bəy problem təkcə musiqidə olseydi sizinlə razılaşardım, adi Retrica ilə şəkil çəkirsən həmən şəkil elə applicationun özündədə qalır fotoqleriyaya düşmür şəkil. Sonra Zaycev ilə mahnını yükləyirsən mahnı media playerdə olmur ancaq telefonun File Commander bölməsində olur. Marketdən proqramə yükləyirsən sonda ustanovka getmir. Dəhsət çox problemlər ortaya çıxıb və bu təkcə məndə deyil. Məsələn: Zaycevdə komment yazanların bəziləri yazıb mən dediyim problem barədə, demək ki, bu Androidin təzə versiyasında yaranan çatışmamazlıqlardı sadəcə ola bilər ki, bütün telefonlarda bu hal yaşanmır. (Məndə Sony Z2-di.)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:59, 03/06/2015 ) #55824

      Zaycev ən məşhur pirat saytlardan biridir və qanunsuz fəaliyyət göstərir. Rusiyada belə mübarizə başlayıb deyə yəqin ki 1 il filan ömrü qalıb.
      Ustanovka getməmək filan isə belə problemlər ümumiyyətlə yoxdur, yenə deyirəm, fərdi rast gələn problemi hamı adından demək olmaz. Şəxsən məndə 2 device, azı 15-20 tanışda N device-da var 5.* versiya, heç kimdə belə problem nə olmayıb, nə də eşidilməyib. Mənim də xoşum gəlmir son versiyanın ağır işləməsindən, batareyanı nisbətən çox yeməsindən. Amma gərək haqqına da danışaq. 1-2 device-da hansısa səbəbə çıxan problemi hamı adından demək olmaz.
      Çox istərdim məndə də yaransın bu problem, qurdalayım görüm nə məsələdir, amma ki hər şey normal göstərir məndə. həm şəkil həm musiqi(məndə mahnı yoxdur ümumiyyətlə, əvəzinə audiokitablar var mp3 formatda və normal göstərir həm sd card həm internalda olanda)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:39, 02/06/2015 ) #55762

Tәxmin:
Z1 dә Lollipop gәlәndә app-ları sd karta köçürmәk seçәnәyi gәlmişdi. bәlkә musiqilәr sd kartdadı player isә telefonun yaddaşında . bir dә z1 lәrin c6930 filan kimi versiyaları var. birindә problem olub birindә olmaması ola bilәr. (әn yaxşı music player “poweramp” dı)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (9 saat əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (12 saat əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (2 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (6 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (7 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (10 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (10 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (11 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (12 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024