Sony Xperia Z1 5.0.2 update`dən sonra mahnılar yox olub.

salam dostlar. mən bu yaxında Sony Xperia Z1 telefonumu ən son versiyaya (5.0.2) update eləmişəm. updatedən sonra telefonumda olan mahnıların heç biri playerdə açılmır, ümumiyyətlə görsənmir. kimdəsə belə bir problem yaranıb? əgər aradan qaldıran olubsa mənə də köməkliyiniz dəysin.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Breathtaking (2015-06-04 10:32:43)
Google marketdə Zaycev kimi musiki yükləmək üçün başqa ideal bir proqram yoxdu, hamısını bir-bir yoxlamışam ən yaxşısı Zaycevdi. Mən bildiyimə görə bir ara ümumiyyətlə sayt bağlandı və proqramıda marketdən yığışdırmışdılar sonra qanuniləşdiriləndən sonra yenidən işləyir. Telefona qalanda isə dünən telin öz yaddaşında olan ağır proqramları atdım CD karta və power düyməsilə + birlikdə basıb saxladım, tel söndü və yanandan sonra normaya düşdü, hər şey qaydasındadı bidənə problem mahnıya qulaqcıq vasitəsilə qulaq asanda arada cızıldamasıdı.

E. Hacı (2015-06-03 12:59:17)
Zaycev ən məşhur pirat saytlardan biridir və qanunsuz fəaliyyət göstərir. Rusiyada belə mübarizə başlayıb deyə yəqin ki 1 il filan ömrü qalıb. Ustanovka getməmək filan isə belə problemlər ümumiyyətlə yoxdur, yenə deyirəm, fərdi rast gələn problemi hamı adından demək olmaz. Şəxsən məndə 2 device, azı 15-20 tanışda N device-da var 5.* versiya, heç kimdə belə problem nə olmayıb, nə də eşidilməyib. Mənim də xoşum gəlmir son versiyanın ağır işləməsindən, batareyanı nisbətən çox yeməsindən. Amma gərək haqqına da danışaq. 1-2 device-da hansısa səbəbə çıxan problemi hamı adından demək olmaz. Çox istərdim məndə də yaransın bu problem, qurdalayım görüm nə məsələdir, amma ki hər şey normal göstərir məndə. həm şəkil həm musiqi(məndə mahnı yoxdur ümumiyyətlə, əvəzinə audiokitablar var mp3 formatda və normal göstərir həm sd card həm internalda olanda)

Breathtaking (2015-06-03 11:37:37)
Elvin bəy problem təkcə musiqidə olseydi sizinlə razılaşardım, adi Retrica ilə şəkil çəkirsən həmən şəkil elə applicationun özündədə qalır fotoqleriyaya düşmür şəkil. Sonra Zaycev ilə mahnını yükləyirsən mahnı media playerdə olmur ancaq telefonun File Commander bölməsində olur. Marketdən proqramə yükləyirsən sonda ustanovka getmir. Dəhsət çox problemlər ortaya çıxıb və bu təkcə məndə deyil. Məsələn: Zaycevdə komment yazanların bəziləri yazıb mən dediyim problem barədə, demək ki, bu Androidin təzə versiyasında yaranan çatışmamazlıqlardı sadəcə ola bilər ki, bütün telefonlarda bu hal yaşanmır. (Məndə Sony Z2-di.)

E. Hacı (2015-06-03 11:19:48)
Bu yanlış istifadədən irəli gələn bir şeydir. Yəni istisnalar qanunauyğunluğu pozmur. 99.99% faizdə problem yoxdursa 0.01% nəsə probıem yaşayırsa, problemi userin fayllarında da axtarmaq olar. Məsələn problem bele bir şeydə olar bilər. pıxaz mıxaz tıxaz tipli saytlardan endirilən pirat musiqiqlər filanların header information-u əskik və ya zədəli ola bilər və çox yəqin ki elədir. Bu halda hansısa player update-dən sonra onu görməyə bilər. Bu yəni xüsusi halda ola bilən bir problemdirsə bu smartfonun problemidir demək olmaz.

Breathtaking (2015-06-02 23:17:11)
Mənə inanmamışdız, dediz dezinformasiyadı. Buyurun buda bir nümunə daha :)

amaluna (2015-06-02 13:39:07)
Tәxmin: Z1 dә Lollipop gәlәndә app-ları sd karta köçürmәk seçәnәyi gәlmişdi. bәlkә musiqilәr sd kartdadı player isә telefonun yaddaşında . bir dә z1 lәrin c6930 filan kimi versiyaları var. birindә problem olub birindә olmaması ola bilәr. (әn yaxşı music player "poweramp" dı)

E. Hacı (2015-06-02 13:10:21)
VLC, Winamp kimi başqa playerlər yükləyib onlarla cəhd edin və nəticəni bura yazın zəhmət olmasa. maraqlıdır görək nədədir məsələ.

turqut999 (2015-06-02 12:55:17)
şəkillər qalır.mahnılar dovvnload papkasındadı. siz deyen kimi baxdım boş göstərirdi.file menecer dən koplayıyıb atdım music papkasına yenə düşmədi.

E. Hacı (2015-06-02 12:40:39)
2-3 nəfər deyib bu problemi saytda artıq. maraqlıdır məndə də z1-dir və heç nə itməyib update sonrası, nə şəkil nə də musiqi. Siz musiqini hansı papkada saxlayırdınız ki? Məsələn Sony-nin özündə Music player var, orda menyuda folders var, onun köməyilə bütün papkalar görünür, nəsə itə bilmir axı o zaman.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

sony xperia z vs zl

SONY WALKMAN NWZ-B152 qulaqlığı

sony xperia z3 duas internet

telefonla tv birləşdirmək

Telefon seçimində kömək

Opera Zakladka