Proqramlaşdırma Riyaziyyatla nə dərəcədə bağlıdır?

Salam,bu il #11 sinifə keçirəm və #1 qrup üzrə komputer mühəndisi olmaq istəyirəm.Amma bir problem var ki,Riyaziyyatım birinci qrupa görə zəifdir.Mən lazım olan balı əsasən digər fənlərdən yığıram.Riyaziyyatım zəifdir dedikdə isə,üçüncü qrupun riyaziyyatına görə yaxşıyam,25ini də düz yaza bilirəm,birinci qrupda isə,gələn ilin bu vaxtına kimi nəticəmi yalnız 10-15’ə çatdıra bilərəm..Onu soruşmaq istəyirəm ki,mən gələcəkdə yaxşı proqramçı ola bilərəm?Misal üçün,keçən ildən HTML’i öyrənmişəm,özümə görə heç bir çətinliyim yoxdur,bir az C++’dan da öyrənmişdim o da çətin deyildi.Amma ki,Riyaziyyatda çətinliyimlə bilmirəm nə edəcəm..


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

(14:07, 06/06/2015 ) #55949

Indi proqramlaşdırma çox inkişaf edib, hazır alətlər çox artıb deyə bir çox budaqlarda development üçün riyaziyyat çox az lazımdır. Yəni hazır alətləri istifadə etmək, qanunauyğunluqlara riayət etmək, düşünüb analiz edib hansı kod məqsədimə yarayar – bütün bunları bilmək üçün elə də güclü riyaziyyat lazım olmur. Amma sözün əsl mənasında proqramçı olmaqçün təbii ki riyazi bazanın güclü olması vacibdir, proqramlaşdırma elə götürəndə riyaziyyat deməkdir, onun tətbiqi növüdür. Ağır proyektlərin həllində riyazi bilik vacibdir. Ədədi üsullar, diskret riyaziyyat, baza riyazi analiz, bəzi sahələrdə ehtimal nəzəriyyəsi, optimallaşdırma nəzəriyyəsi və.s. proqramlaşdırmada sıx istifadə edilir.
Amma yenə də, dediyim kimi, ola bilər ki müasir İT-də proqramlaşdırmanın elə sahəsində çalışasınız ki, ciddi riyaziyyat sizə lazım olmaya. Sadəcə kod yazmaq+məntiqi düşünmə qabiliyyəti bəs edər. Məsələn tutalım veb development – 90% saytların hazırlanmasında riyazi bilik tələb edilmir. Hazır CMS-lər, freymvörklər var, götürüb saytı qurursunuz. Amma qalan 10%-də çox ciddi riyaziyyat tələb olunur. Məsələn axtarış sistemi qurmaq, tərcümə alqoritmi yazmaq, kriptoqrafiya sistemləri qurmaq və.s. kimi saysız sahələr var vebdə, ki riyaziyyatsız heç nə alınmaz orda

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:07, 06/06/2015 ) #55952

    Bəs animatorluq(kompüster elmləri) necə,riyaziyyatla sıx bağlıdır?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:16, 07/06/2015 ) #55976

    SALAM.CAVABLARINIZI OXUDUM VƏ FİKİR BİLDİRMƏDƏN DURANMADIM.YAŞINIZI BİLMƏSƏM DƏ SİZİNLƏ VƏ DİGƏR İSTEDADLI QARDAŞLARLA FEXR ETDİM.ALLAH SİZLERİ QORUSUN.YAXŞI KİÇSİZİN KİMİ ÖVLADLARI,OĞULLARI VAR ELƏSİN.AMİN

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:16, 06/06/2015 ) #55960

Eslinde proqramlasdirma dili ile riyaziyyat arasinda demek olar ki hec bir elaqe yoxdur ancaq alqoritm quranda lazim olur o da boyuk proqramlarda riyaziyyat lazim olur kiciklerde hec lazim olmur meselen xaricde oyun sirketlerinde ve s. yerlerde lazim ola biler deqiq hesablama ve s. ucun. Amma bizde ancaq kicik proqramlar hazirlanir bizde elede ehtiyac yoxdur proqramcinin riyaziyyati bilmeyine 1-2 sey bilse besdir. Animatorluqda ilkin hendese bilikleri lazim ola biler belke, deqiq bilmirem.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:17, 07/06/2015 ) #55978

    Bu yanlış yanaşmadır. Adi şərt operatorları riyazi məntiq qanunları ilə işləyir. Bul funksiyaları adlanır, dizyunksiya, konyuksiya və.s. İf filan sey then bəhmən şey yazanda təbii riyaziyyat yada düşmür. Amma bir az iri kod yazanda məsələ ortaya çıxır. Məsələn bes dənə hal var, onların ikisi ödənir üçü ödənmir və s kimi şeyləri əzbərdən ancaq riyazi məntiq bilənlər bilir. Qalan koderler isə bütün kombinasiyası bir bir qurub Allaha təvəkkül alındırır. Eləcə də təsadüfi paylanma geniş lazım ola bilər real məsələlərin proqramlasdirmasinda. Və yaxud şifrələnmə və s. Qısaca deyim, yazdığımız kod nə qədər cılız və kiçikdirse, riyaziyyata o qədər az ehtiyac var.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:54, 07/06/2015 ) #55972

Əsas odur ki, – 2 nasos 1 çəni neçə saata, neçə Litr doldurur – tipli məsələlər qarşımıza çıxmasın 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:07, 07/06/2015 ) #55975

    : D

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:22, 07/06/2015 ) #55979

İnşallah ali məktəbə daxil olsanız 2 və 3 semestr Ali Riyaziyyat keçəcəksiniz. Çox çətin limitlər,inteqrallar və ehtimal nəzəriyyəsi ilə qarşılaşacaqsınız. Hətta bizim qrupda Tqdk-da 20-dən yuxarı yazanlar çətinlik çəkirdilər. 10-15 çox zəif nəticədir və yəqinki elə olar daasan və pre-orta səviyyəli testlər olub. Proqramlaşdırmaya gəldikdə isə bütün bunlar elə riyaziyyat üzərində qurulub əsasən də riyazi məntiq. Riyaziyyatı bacardığınız qədər mükəlləşdirməlisiz. Çünki bu sizin əsas IQ və düşünmə qabiliyyətinizi yüksəldirki elə proqramçiya da bu lazımdır. İnammıramki riyaziyyatı və məntiqi zəif olan şəxs yaxşı proqramçı olsun. Uğurlar!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:27, 07/06/2015 ) #55983

    Unide kecilen Ali riyaziyyatin neyi cetindirki? muhendis ixtisaslarina kecilen riyaziyyat eksine asandir. Sadece muellimler basa sala bilmir usaqlara da cetin gelir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:43, 08/06/2015 ) #55985

Nəyi asandı Ali riyaziyyatda Differensial tənliklərin ucbatından qrupumuzda 29 nəfərdən 25i kəsilmişdi. Düzdür 1ci və 2ci semestr asan gələ bilər ama bu 3cü semestr yox. Ola bilər sizdə asan olsun. Mən ADNA da oxuyuram və çox çətin idi xüsusilə də Diferensial tənliklərlə Ehtimal nəzəriyyəsi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:44, 08/06/2015 ) #56005

    Ele mende ADNA-dayam 🙂 25 neferin kesilmeyi usaqlarin ve mellimlerin gunahidi ne mellim duzemelli basa sala bilir ne de usaqlar gedib elave oyrenir ele olanda kesileceklerde Riyaziyyat ixtisasi olsa nese derinin kece bileller amma ADNA-da cetinin kecmiller prosta ADNA-da duzemelli mellim yoxdu Yaxsilarida var amma coxu yox

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (6 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024