Salam, Ebay-dan mənə gələn sonuncu mektubda deyilir ki, Paypal və Ebay tezliklə ayrılacaq. Yeni istifadəçilər üçün bu May ayının 1-dən köhnələr üçün isə İyun ayının 15-dən qüvvəyə minəcək. Belə olan təqdirdə artıq bizdə rahat şəkildə Ebay-da seller kimi fəaliyyət göstərə bilərikmi yoxsa mümkün olmayacaq? (Bildiyimiz kimi ödəniş Paypalla olduğu müddətdə bizim ölkəyə pul göndərmək mümkün olmadığı üçün Ebay-da satışla məşğul ola bilmirdik)
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Bu sual artiq neçənci dəfədir ki verilir. Təkrarən deyim, o sadəcə səhmləle strukturla ilgili huquqi prosedurdur, ebay da huquqa riayet edərək hamiya deyir öncədən. Amma dəyişən hec ne yoxdur. Her sey evvelki qaydada olacaq
0
Sual məhz bu formada qoyulmamışdı ona görə yenidən yazdım. Cavaba görə minnətdaram.
Sual verin
Cavab verin